BolgeXeber.Com » İqtisadiyyat » Neftin qiyməti yenidən ucuzlaşır

Neftin qiyməti yenidən ucuzlaşır

20-04-2020, 09:36
Oxunub: 3 101 “Brent” markalı neftin bir barelinin iyun fyuçerslərinin qiyməti Londonun ICE birjasında 4,06% azalaraq, 26,94 ABŞ dollarına qədər ucuzlaşıb.
Bu barədə Bolgexeber.com TASS-a istinadən xəbər verir.
Bildirilir ki, WTI markalı neftin də fyuçerslərinin qiyməti 8,75% azalaraq, 22,84 ABŞ dollarına düşüb.
“Qara qızıl”ın qiyməti koronavirusa yoluxanların sayının artması fonunda düşməyə başlayıb.