BolgeXeber.Com » İqtisadiyyat » Koronavirusun dünya turizminə vurduğu ziyan hesablandı

Koronavirusun dünya turizminə vurduğu ziyan hesablandı

23-04-2020, 12:28
Oxunub: 3 396 2020-ci ildə dünya turizm sektoru 500 milyard dollar gəlirindən məhrum ola bilər. Musavat.com xəbər verir ki, bu fikri TASS-a Ümumdünya Turizm Təşkilatının baş katibi Zurab Pololokaşvili deyib. 
Onun sözlərinə görə, koronavirus pandemiyası dünyada xarici turistlərin stabil artımı tendensiyasını qəfildən tamamilə dayandırıb. Əgər 2019-cu ildə səyahətçilərin sayı 1,5 milyard nəfər olubsa, bu il onun 30 faiz azalması gözlənilir: “Bu isə turizmdən gələcək gəlirlərin 500 milyard dollar azalmasına, bu sektorda milyonlarla iş yerinin bağlanmasına səbəb ola bilər. Böhranın təsirlərini yumşaltmaq üçün imkanlar hələ qalır. Buna hökumətlərin turizm sektorunda iş yerlərini saxlamaq üçün qəti mövqe tutmaları, böhrandan çıxdıqdan sonra bərpa tədbirlərində bu sektory prioritetlərdən biri etmələri yolu ilə nail olmaq mümkündür. Bizim hesablamalarımıza görə, pandemiya başlanandan indiyədək ölkələrin 96 faizi səyahətlərin tam və qismən məhdudlaşdırılmasına gedib”.
Təşkilat rəsmisi bildirib ki, turizm şirkətlərinin 80 faizi kiçik və orta sahibkarlıq subyektləridir: “Bu isə o deməkdir ki, onlar daha böyük ziyana məruz qalacaqlar – böhran ən çox məhz kiçik və orta biznesə zərər vurur. Buna görə də hökumətlər böhranın təsirlərindən çıxmaq istəyərkən məhz bu biznesə daha çox yardım etməlidilər”.