Azərbaycanda əhalinin gəlirləri son üç ayda 6,8 faiz artıb
23-04-2020, 22:37
Oxunub: 4 989
2020-ci il yanvar-mart aylarında Azərbaycan əhalisinin nominal gəlirləri əvvəlki ilin eyni dövrünə nisbətən 6,8 faiz artaraq 13 milyard 442,5 milyon manat təşkil edib.
Trend-in məlumatına görə, əhalinin hər nəfərinə orta hesabla 1350,2 manatlıq gəlir düşüb.
Bütün icbari və könüllü ödənişlər edildikdən sonra əhalinin sərəncamında 12195,5 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrünə nisbətən 5,8 faiz çox vəsait qalıb.
2020-ci ilin yanvar-fevral aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı 2019-cu ilin müvafiq dövrünə nisbətən 28,4 faiz artaraq 712,3 manat təşkil edib.
Əmək haqqı neft-qaz sektorunda 3581,9 manat, qeyri neft-qaz sektorunda 650,1 manat təşkil edib. Dövlət müəssisələrində çalışan işçilərin əməkhaqları 607,7 manat, özəl müəssisələrdə çalışanlarınkı isə 845,9 manat olub.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər