Toy bazarında son durum: Böhran dərinləşir (VİDEO)
30-05-2020, 14:24
Oxunub: 3 024
Karantin rejimində toy mərasimlərinin təşkilinə qoyulan qadağa həm toy etmək istəyənləri, həm də restoran sahiblərini çıxılmaz vəziyyətdə qoyub. Üstəlik, ölkənin toy sənayesi indiyə qədər görülməmiş ziyanla üzləşib.
Bolgexeber.com "Xəzər TV"yə istinadən xəbər verir ki, toylarla bağlı tətbiq olunmuş qadağanın aradan qaldırılmasını səbirsizliklə gözləyən restoran sahibləri şadlıq saraylarına qoyulacaq yeni tələblərdən narahatdırlar. Ən çox müzakirə olunan məsələ saraylarda masa və stulların sayının azaldılması yolu ilə zalda insanların seyrəkliyini təmin etməkdir.
Restoran işlədən sahibkarlar deyirlər ki, masa və stulların sayını azaltmaq mümkün olsa da, bu, restoran sahibləri üçün sərfəli deyil. Xüsusilə də icarə ilə işləyən restoranlarda masa sayını azaltmaq ciddi ziyana səbəb ola bilər. Üstəlik, masa sayı azaldılacağı təqdirdə restoranlarda qiymətlər bahalaşa bilər.
Bununla belə bəzi restoran sahibləri müəyyən güzəştlərə getməyə və gigiyena qaydalarının sərtləşdirilməsinə hazırdırlar. Onlar deyirlər ki, zalları geniş olan saraylarda masalararası məsafəni uzatmaq mümkündür.
İndiki vəziyyətdə isə şadlıq saraylarında qarşıdakı ayların bütün günləri rezervasiya olunub. Hətta əvvəllər əsasən şənbə və bazar günlərində toy etməyə üstünlük verilirdisə, indi həftəiçi günlər də doludur.
Qeyd edək ki, mart ayından etibarən ölkə üzrə toy və yas mərasimlərinin keçirilməsi qadağan edilib. Bu qadağanın nə vaxta qədər qüvvədə olacağı isə hələ ki, bəlli deyil.
Çox Oxunanlar
- 13-02-2021, 17:48 : “Elektron su təsərrüfatı” informasiya sisteminin əsasnaməsi təsdiqləndi
Xəbərlər
- 3-02-2021, 17:55 : Azərbaycanda yeni universitet yaradılır - Prezident AÇIQLADI
Xəbərlər
- 3-02-2021, 17:15 : 5 –ci kalon”un gizli siması Heydərovun Makaryanla biznes şəbəkəsi - 1-ci yazı
Gündəm
- 4-02-2021, 12:14 : Şəhidin məzarı açıldı, qəbirqazan qorxub qaçdı - VİDEO
Xəbərlər
- 4-02-2021, 13:43 : Talançı oliqarxlar yenidən hədəfdə – Daha kimlərin həbsi real görünür?..
Gündəm
- 3-02-2021, 16:38 : Bu kəndin şəhidlərinə 4 aydır başdaşı qoyulmayıb-FOTO
Gündəm
- 3-02-2021, 17:31 : Ötən ay uşaqlara ən çox qoyulan adlar - SİYAHI
Xəbərlər
- 5-02-2021, 18:14 : İlham Əliyevdən əmək pensiyalarının artırılması ilə bağlı SƏRƏNCAM
Gündəm
- 18-02-2021, 14:00 : Bələdiyyə sədrindən şəhid anasına: ” Allah bilir oğlun hansı dərədə ölüb “-Foto/Video
Gündəm
- 6-02-2021, 17:07 : Abdin Fərzəliyevdə “VURULDU” – icra başçısı vəzifəsinin yox , CANININ HAYIDADIR
Gündəm