Sabahdan yalnız bu mağazalar işləyəcək - SİYAHI
20-06-2020, 16:49
Oxunub: 5 627
Nazirlər Kabineti yanında Operativ Qərargah 21 iyun – 5 iyul tarixlərində ölkənin bir sıra şəhərlərində tətbiq edilən sərt karantin rejimi qaydalarının bəzi bəndlərinə aydınlıq gətirib. Belə ki, qərara əlavənin 5.5-ci bəndində fəaliyyətinə icazə verilmiş "məişət xırdavatlarının satışı məntəqələri”nə hansı mağazaların aid olduğuna dair vətəndaşlarda sual yaranıb.
Nazirlər Kabinetinin mətbuat katibi İbrahim Məmmədov açıqlamasında bildirib ki, bura yalnız xırda məişət avadanlıqları satan obyektlər daxildir:
"Yəni, cəmiyyətdə "1001 xırdavat” adı ilə tanınan mağazalar. Deyək ki, ev üçün lazım olan elektrik lampası, su kranları və ya digər zəruri məhsullar satan mağazalar fəaliyyət göstərə biləcək. Həmin şəxslər də icaze.e-gov.az portalında qeydiyyatdan keçdikdən sonra işləyə bilərlər. Telefon, kompüter, gül və digər satış mağazalarının yerində xidmət, satış həyata keçirməsinə icazə verilmir. Onlar yalnız onlayn qaydada satış və çatdırma edə bilərlər”.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər