“Nar” şəbəkəsi işğaldan azad olunmuş ərazilərdə!
23-10-2020, 16:52
Oxunub: 1 176
“Nar” səyyar baza stansiyaları vasitəsilə işğaldan azad edilmiş əraziləri mobil rabitə ilə təmin edir. Mobil operator işğaldan azad edilmiş rayonlarımızda müasir şəbəkə infrastrukturunun daxili layihələndirmə işlərini tamamlayıb. Müvafiq dövlət qurumları ilə razılaşdırmadan sonra bu ərazilərdə LTE-A texnologiyasına əsaslanan daimi şəbəkə infrastrukturunun quraşdırılması işlərinə başlanılacaq.
Bundan başqa, “Nar” cəbhəyanı bölgələrdə yaşayan istifadəçilərini kəsintisiz rabitə ilə təmin etmək üçün mövcud baza stansiyalarının tutumunu mütəmadi olaraq genişləndirir və 24/7 rejimində şəbəkə üzrə monitorinq və optimizasiya işlərini həyata keçirir. Şəbəkənin dayanıqlı fəaliyyətini təmin etmək üçün bu günədək cəbhəyanı ərazilərə müxtəlif sahələr üzrə 27 mühəndis ezam olunub.
Qeyd edək ki, “Nar” düşmən atəşinə məruz qalmış regionlarda yaşayan abunəçilərin yaxınları ilə rahat əlaqə qura bilməsi üçün balanslarına 100 ölkədaxili dəqiqə və 100 SMS yükləyib, həmçinin cəbhəyanı bölgələrdə istifadəçilərə minlərlə “Nar” ödəmə kartları paylanılıb.
“Nar” sosial öhdəliyinə sadiq qalaraq, Azərbaycanın ərazi bütövlüyü uğrunda davam edən hərbi əməliyyatlar dövründə əhaliyə öz dəstəyini davam etdirəcək. Müzəffər Azərbaycan Ordusunun gücü sayəsində bu döyüşü qələbə ilə başa vuracağımıza, işğal altında olan torpaqlarımızın tam azad ediləcəyinə əminik. Qələbə bizimdir!
Çox Oxunanlar
- 6-01-2021, 11:53 : Prezident övladı Heydər Əliyevlə birgə Əli Kərimlinin oğlu Türkellə bağlı ŞOK MƏLUMATLAR YAYILDI – FOTO
Siyasət
- 6-01-2021, 09:55 : XİN-in vəzifəli əməkdaşı vəfat edib
Siyasət
- 7-01-2021, 17:13 : Məktəblər açılacaq, toylar başlayacaq, rayonlara sərnişindaşıma bərpa ediləcək - AÇIQLAMA
Xəbərlər
- 12-01-2021, 11:34 : DTX mühüm məlumatlar yaydı – RƏSMİ
Siyasət
- 4-01-2021, 11:01 : Karantin rejimi ilə bağlı VACİB XƏBƏR - Yanvarın 18-dən sonra...
Xəbərlər
- 24-12-2020, 22:34 : Prezident bir qrup hərbçini “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif etdi - SİYAHI
Gündəm
- 5-01-2021, 18:20 : Azərbaycan Prezidenti: "Azad edilmiş torpaqlarda ermənilərin yaşadığı yerlər elə bil ki, it damıdır"
Siyasət
- 6-01-2021, 10:44 : "Başçı dedi; "Sözümü gedib yaysan, səni içəri soxduracam, Ağdam mənimdir" - ŞİKAYƏT(VİDEO)
Ölkə
- 10-01-2021, 19:19 : İmişlidə şəhid dəfn olunub-FOTO
Bölgə
- 11-01-2021, 17:32 : Vladimir Putindən Qarabağla bağlı açqlama
Siyasət