“Nar” onlayn təhsilalanlar üçün yeni internet paketi təqdim edib
27-01-2021, 18:19
Oxunub: 4 697
“Nar” pandemiya dövründə onlayn formatda təhsil alan şagird və tələbələrin, eləcə də müəllimlərin dərslərə istənilən məkandan rahatlıqla qoşula bilməsi üçün “TƏHSİL+” internet paketini təqdim edib. Yeni internet paketi ilə “Microsoft Teams”, həmçinin də “Zoom” tətbiqlərindən heç bir sürət limiti olmadan, istər tətbiq, istərsə də veb-brauzer üzərindən istifadə etmək mümkündür.
Bu paket çərçivəsində abunəçilərə hər iki tətbiqdən istifadə üçün sürət limiti olmayan 50GB təqdim olunur.
Qeyd edək ki, “TƏHSİL+” internet paketinin üstünlüklərindən biri də “hotspot” funksiyası vasitəsilə internetin paylaşıla bilən olmasıdır. Paketin qiyməti 10 AZN təşkil edir. Sərfəli internet paketindən yararlanmaq üçün abunəçilər *777#21# kodunu yığa və ya “777” nömrəsinə “T+” açar sözünü göndərərək paketi aktivləşdirə bilərlər.
“Nar” uzunmüddətli KSM strategiyası çərçivəsində ölkədə təhsilin inkişafını dəstəkləyən bir çox sosial layihələr həyata keçirir. Təqdim olunan yeni internet paketi də ictimai izolyasiya dövründə təhsil prosesində iştirak edən şagird və tələbələrə, eləcə də müəllimlərə dəstək məqsədilə yaradılıb. “TƏHSİL+” internet paketi haqqında daha ətraflı məlumat üçün buradan ala bilərsiniz.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər