Dünyanın ən etibarlı avtomobilləri açıqlandı (SİYAHI)
20-02-2021, 12:20
Oxunub: 4 521
Amerikanın "J.D. Power” şirkəti müxtəlif avtomobil markalarının etibarlılığının tədqiqatını aparıb.
Bununla bağlı məlumat şirkətin saytında yerləşdirilib.
Analitiklər buraxılış tarixi 2018-ci il olan 33 251 avtomobilin sahibi arasında sorğu keçiriblər. Suallar son 12 aylıq istifadədə yaranan problemlərə aid olub və səkkiz əsas kateqoriya üzrə toplanılmış 177 spesifik problemi əhatə edib.
Ən etibarlı marka kimi "Lexus” şirkətinin avtomobili tanınıb. Siyahıda ikinci yerdə "Porsche” avtomobilləri qərarlaşıb, üçüncü yeri isə "Kia” maşınları tutub. Bu halda tədqiqatın müəllifləri qeyd ediblər ki, Koreya istehsalçısı kütləvi bazarın markaları arasında ən yüksək yeri tutub.
İlki beşliyə həmçinin "Toyota”, "Buick” və "Cadillac” da daxil olub.
Şirkətdə həmçinin qeyd ediblər ki, analitik nəticələr əvvəlki illərlə müqayisədə avtomobillərin etibarlılığının səviyyəsinin əhəmiyyətli artımını göstərib.Report.az
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər