BolgeXeber.Com » İqtisadiyyat » Neft yenidən bahalaşıb

Neft yenidən bahalaşıb

10-08-2021, 09:30
Oxunub: 2 336 ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində "Brent" neftinin ixracına dair 2021-ci ilin oktyabr müqaviləsinin dəyəri 0,48% artaraq 1 barelə görə 69,37 dollar təşkil edib.
Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin sentyabrında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti 0,75% artaraq 66,98 dollar təşkil edib.