Vahid Ələkbərovun sərvəti bu il 6,44 milyard dollar artıb – “Forbes”
30-12-2021, 16:12
Oxunub: 4 536
Dünyanın ən zəngin insanlarının qlobal reytinqində 104 rusiyalı milyarderdən 70-i sərvətlərini il ərzində artıraraq, 101,4 milyard dollar çatdırıb.
Bu barədə “Forbes” jurnalı siyahı açıqlayıb.
Belə ki, siyahıda olan 104 rusiyalı milyarderdən 70-i bu il ərzində sərvətlərini 101,39 milyard dollar artıraraq, 576,72 milyard dollara çatdırıb.
Siyahıya görə, bu il Rusiyada sərvətini ən çox artıran “Telegram”ın qurucusu Pavel Durov olub. O, sərvətini 13,81 milyard dollar artıraraq, 17,24 milyard dollara çatdırıb.
İkinci yerdə “Wildberries” e-ticarət şirkətinin rəhbəri Tatyana Bakalçuk qərarlaşıb. O, sərvətini 11,92 milyard dollar artıraraq, 13,02 milyard dollara çatdırıb.
“Avroxim”in İdarə Heyətinin üzvü Andrey Melniçenko isə üçüncü olub. O, sərvətini 10,60 milyard dollar artıraraq, 25,37 milyard dollara çatdırıb.
Dördüncü yerdə “Severstal” şirkətinin sahibi Aleksey Mordaşov və ailəsi olub. Ailə sərvətini 6,83 milyard dollar artıraraq, 29,52 milyard dollara çatdırıb.
Sərvətini artıran beşinci milyarder isə “Lukoyl” şirkətinin prezidenti və həmtəsisçisi, Azərbaycan əsilli iş adamı Vahid Ələkbərov olub. O sərvətini 6,44 milyard dollar artıraraq, 26,16 milyard dollara çatdırıb.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər