“Nar” şəhid övladları üçün təşkil olunan “YAŞAT” Düşərgəsinə dəstək oldu - Fotolar
10-08-2022, 13:27
Oxunub: 4 808
"Nar” "YAŞAT” Fondunun və "ASAN Könüllüləri” Təşkilatının birgə təşkilatçılığı ilə şəhid övladları üçün həyata keçirilən ikinci "YAŞAT” düşərgəsinə qatılıb.
"Nar”ın da dəstəkçilərindən olduğu layihənin əsas məqsədi şəhid yadigarlarının gələcəyinə töhfə vermək, onların cəmiyyətə inteqrasiyasına kömək etməkdir. Mobil operator düşərgənin 4-cü həftəsində uşaqlar üçün mobil rabitə ilə bağlı interaktiv təlim təşkil edib.
"Nar”ın İctimaiyyətlə əlaqələr departamentinin rəhbəri Əziz Axundov tərəfindən keçirilən təlimdən sonra uşaqlar müzakirəyə qoşulub və bu sahə ilə bağlı onların sualları cavablandırılıb.
Şəhid övladlarına dəstəyin vacibliyini diqqətə çatdıran Əziz Axundov: "Nar” olaraq bizim üçün xüsusi əhəmiyyətə malik olan bu layihənin bir parçası olmaqdan qürur duyur, uşaqların düşərgə zamanı əldə etdikləri təcrübələrin onların şəxsi inkişafına böyük töhfə verəcəyinə inanırıq”, - deyə qeyd edib.


Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 12-06-2025, 12:18 : PSJ yeni formasını təqdim etdi
İdman / Xəbərlər