“Nar”dan ingilis dilini öyrənmək istəyənlər üçün əla fürsət!
6-10-2022, 10:55
Oxunub: 2 392
Mobil operator "Nar” abunəçilərinə şəxsi inkişafı dəstəkləyən mobil tətbiqlərdən 70% endirimlə istifadə etmə fürsəti verir. İngilis dilini yeni öyrənənlər və dil biliklərini təkmilləşdirmək istəyənlər ayda cəmi 5 AZN ödəməklə "FluentWorlds”və 7.70 AZN ödəməklə "Lingokids” tətbiqlərindən yararlana bilərlər. Üstəlik, "Nar” abunəçiləri hər iki tətbiqi 1 ay müddətində pulsuz istifadə edib sınaya bilərlər.
Bu tətbiqlər həm uşaqlar, həm də böyüklər üçün nəzərdə tutulur. "FluentWorlds” ingilis dilini öyrənmək üçün 3D formatda real vəziyyətlər, söhbətlər və ssenarilərlə istifadəçiləri istiqamətləndirən ilk dil öyrənmə proqramıdır. "Lingokids” proqramı isə əyləncəli oyunlar vasitəsilə ingilis dilini öyrənməyə, həmçinin ünsiyyət bacarıqlarını təkmilləşdirməyə və uşaqların yaradıcı düşüncəsini inkişaf etdirməyə kömək edir.
"Nar”ın təqdim etdiyi endirimdən faydalanmaq üçün ətraflı məlumatı nar.az/fluentworldsvə nar.az/lingokids səhifələrindən əldə edə bilərsiniz. "Nar” endirimi olmadan "FluentWorlds” üçün aylıq abunə haqqı 16.99 AZN, "LingoKids” üçün isə 25.50 AZN-dir. Tətbiqləri "App Store” və "Play Store”-dan yükləmək mümkündür.
"Nar” hal-hazırda 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidmətləri göstərməkdədir. "Nar” son 3 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.
Çox Oxunanlar
- 17-04-2024, 10:13 : Hadı Rəcəblinin dəfn yeri açıqlandı
Gündəm
- 27-04-2024, 18:58 : Bakı metrosunda ölüm baş verib
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 20-04-2024, 15:57 : Cavanşir Məmmədovla vida mərasimi keçirilir
Şou-Biznes
- 11-05-2024, 17:48 : Bakıda daha bir YENİLİK
Xəbərlər / Ölkə
- 4-05-2024, 17:28 : XİN rəsmi məlumat yaydı
Siyasət / Xəbərlər
- 18-04-2024, 17:24 : Rəqsanə İsmayılovanın əmlaklarına həbs qoyulub? - AÇIQLAMA
Şou-Biznes
- 1-05-2024, 17:35 : Ermənistanda yeniyetmə minaya düşdü
Dünya / Xəbərlər
- 27-04-2024, 17:55 : Şeytan çarxı fəaliyyətini dayandırıb?
Xəbərlər / Ölkə
- 30-04-2024, 14:11 : “Qarabağ” - “Neftçi” oyununun stadionu dəyişdirilib
İdman