Qızıl almaq istəyənlər üçün VACİB XƏBƏR
15-04-2025, 10:14
Oxunub: 968
Dünya bazarında qızılın qiymətində artımlar davam edir.
Bolgə.TV-nin məlumatına görə, son bir ildə qızılın qiymətində 30 faiz, son 6 ayda 17 faiz, son bir həftə ərzində isə 5 faiz artım qeydə alınıb.
Bəs dünyada qızılın qiymətinin artması növbəti aylarda da davam edəcək?
Məsələ ilə bağlı millət vəkili Vüqar Bayramov bildirib ki, qızılın qiymətindəki atımlar investorların bazara daha çox vəsait yönəltməsi ilə bağlıdır: "Eyni zamanda qlobal müharibələr riski fonunda qızıla tələb artıb.
ABŞ-də tətbiq edilən qarşılıqlı tarifdən sonra dünya iqtisadiyyatında tənəzzülün olması, qlobal ticarətin 330 milyard dollar azalacağı ilə bağlı proqnoz və gözləntilər var. Bu da investorların daha çox qızıl bazarına yatırım yönəltməsinə və qızılın qiymətinin artmasına gətirib çıxarır.
Dünya bazarında qeyri-müəyyənlik müşahidə edildiyi halda qızılın qiymətində artımlar müşahidə edilir. Gözlənti ondan ibarətdir ki, qlobal ticarət riski və eyni zamanda qlobal iqtisadiyyatda tənəzzül dərinləşərsə, yeni artımlara gətirib çıxara bilər.
Bu baxımdan həm qarşılıqlı tariflər, həm də dünya iqtisadiyyatı və düzəmi ilə bağlı qeyri-müəyyənlik qızıl bazarında xüsusi təsirlərə malik olub. Qlobal ticarət müharibələri davam edəcəyi təqdirdə, yeni artımların olacağı istisna deyil".
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər