BolgeXeber.Com » Fotoqalereya » Biləsuvarda Azərbaycan Milli Qəhrəmanı Mübariz İbrahimovun ad günü qeyd olunmuşdur

Biləsuvarda Azərbaycan Milli Qəhrəmanı Mübariz İbrahimovun ad günü qeyd olunmuşdur

7-02-2014, 14:05
Oxunub: 5 741 Bolgexeber.comk bildirir ki, Rayon İcra Hakimiyyətindən verilən məlumata əsasən Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun döğum günü münasibəti ilə Biləsuvar rayon icra hakimiyyətinin məsul işçiləri qəhramanın evini ziyarət etmiş və ailə üzvləri ilə görüşmüşlər.Bu məqsədlə rayonda bir sıra tədbirlər keçirilmişdir. 06 fevral 2014-cü il tarixdə Heydər Əliyev Mərkəzində Qəhramanın doğum gününə həsr olunmuş şeir müsabiqəsi, 7 fevral 2014-cü il tarixdə isə Milli Qəhrəman Mübariz İbrahimov adına Məktəb Lisey kompleksində tədbir keçirilmişdir.
Tədbirdə Azərbaycan Respublikasının Insan Hüquqları üzrə Müvəkkili (OMBUDSMAN) aparatının sektor müdiri, Biləsuvar rayon İcra Hakimiyyətinin məsul işçiləri, içtimayətin nümayəndələri, Liseyin şagird və müəllim heyəti və mətbuat nümayəndələri iştirak etmişdir. Tədbirdə Mübariz İbrahimovun həyatından və torpaqlarımızın müdafiəsi zamanı göstərdiyi şücaətdən danışılmış, çıxışlar dinlənilmiş, məktəblilər arasına “Göründüyüm kimi deyiləm” devizi altında rəsm müsabiqəsinə baxış keçirilmişdir.Sonda lisey şagirdləri tərəfindən hazırlanmış əbədi-bədii kompozisiyaya və Milli Qəhrəman Mübariz ibrahimova həsr olunmuş filmə baxılmışdır.