Daha bir oliqarx oğlu milyonlarını nümayiş etdirdi-Foto
12-03-2014, 13:05
Oxunub: 5 890
Bu dəfə Heydər Babayevin qohumu necə dəbdəbəli əyləncələrlə məşğul olduğunu göstərdi
Virtualaz.org saytında Bakı Neft Bazasının keçmiş direktoru, sabiq iqtisadi inkişaf naziri Heydər Babayevin qardaşı Yaşar Babayevin oğlu Niyaz Babayev "superbahalı maşınlardan manyakcasına asılıl" olduğu, lüks həyata meyllili, kef dünyasında boy göstərdiyi barədə yazı dərc olunub.
Məqalədə Niyazın adına Bayıl tərəfdə yerləşən beşulduzlu (əslində üç ulduza güclə çatar) “Crown Plaza” oteli olduğu və onun bu məkandan öz əyləncələri üçün istifadə etdiyi bildirilir.
Yazıda qeyd olunur ki, 26 yaşlı Niyaz Babayev qüdrətli əmisinin vəzifədə olduğu vaxtlarda Azərbaycan Dövlət Neft Akademiyasında oxuyub: "Atasının neft sferasında o vaxtkı nüfuzunun sayəsində o, oxumağa o qədər də meyl etməyib, şən yaşayıb və ürəyi istəyən kimi əylənib. Niyaz da bundan əvvəl haqqında bəhs etdiyimiz Murad Axundov kimi Bakının gecə əyləncələrində böyüyüb".
Məqalədə göstərilir ki, Heydər Babayevin işdən azad edilməsindən sonra Bakıda qalmağın mənası olmadığı üçün Niyaz "müasir sivilizasiyanın mərkəzi" Dubaya gedib.
N.Babayevin şəxsi həyatının detallarına toxunan sayt yazır ki, onun vurulduğu qız paralel olaraq Dağıstan Respublikasının Azərbaycandakı daimi nümayəndəsi Maqomed Qurbanovun yaxın qohumu, Dərbəndi “fırladan” qüdrətli Qurbanovlar klanının nümayəndəsi Şıxsəid Qurbanovla da gəzirmiş və gənclər bir neçə il əvvəl “Emporium” dizayner geyimi butikinin açılşında dalaşıblar. "Qız isə bu çəkişmədən yüksəkdə dayanıb və üçüncü sevgilisinə ərə gedib, hazırda İstanbulda xoşbəxt yaşamaqdadır".
Yazıda göstərilir ki, Niyaz dünyanın ən yaxşı kurortlarına səyahətlərini davam etdirir, Kann, Monako, Marbelyu, Sent-Rope, adı bədnam çıxmış “Gotha” klubu, İstanbulun “Reina” klubu və məkanlarda dolaşır.
Sayt N.Babayevin şopinqə xeyli vəsait xərclədiyini yazır: "Məhdud sayda istehsal edilən krossovka nümunələri, minimal qiyməti on minlərlə avro olan “Romain Jerome” və “İcelink Six Time Show watch” saatlar..."
.jpg)





Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər