BolgeXeber.Com » Fotoqalereya » 13 ildir çörək yeməyən qalmaqallı aktrisa: “…alma, gilas, şaftalı”

13 ildir çörək yeməyən qalmaqallı aktrisa: “…alma, gilas, şaftalı”

22-06-2014, 15:15
Oxunub: 12 630 Kəmalə Quliyeva 116 manat xərcə düşdü Layihə:“Bazarlıq”

Onları hər gün efirdə, qəzet və jurnal səhifələrində, saytlarda görürsünüz. Müxtəlif açıqlamalar verirlər, qalmaqal yaradırlar, bir sözlə gündəmdə qalmağa çalışırlar. Maraqlananlar, pərəstişkarları onların ən adi hobbilərindən tutmuş, qarderoblarında belə nələrin olduğunu deyə bilərlər. Hətta nə vaxt yuxudan durub, nə vaxt yatdıqlarını, nə yeyib, nə içdiklərini belə mediadan gizlətmirlər.

Amma onların da asudə vaxtları, qayğıları olur. Onlar da hamı kimi dükan-bazara gedir, ərzaq alır, yemək bişirir, qonaq çağırır… Deyəsən, çox uzatdıq; qısası, layihəyəmizə, “Bazarlıq”a davam edirik.

Lent.az-ın “Bazarlıq” layihəsinin qonağı xalq artisti Nurəddin Mehdixanlının qızı, aktrisa-aparıcı Kəmalə Quliyevadır.

- Xoş gördük. Nəhayət görüşə bildik. İşləriniz necə gedir? Bildiyim qədəri ilə aktrisalıq fəaliyyəti ilə yanaşı aparıcılıq da edirsiniz?


- Yaradıcılıq işlərim öz yolunda gedir. Mən sırf aktrisalıqla məşğulam. Aparıcılıq isə sadəcə hobbidir.

- Keçək bazarlığa. İlk öncə öyrənim, alış-verişlə aranız necədir? Evdə bu işi kim görür?
- Dükana getməyi, alış-veriş etməyi çox sevirəm. Çünki bu işdən xüsusi zövq alıram. Hətta stress atıram. Əksər hallarda bazarlığı özüm edirəm. Özü də aylıq alış-veriş edirəm.

- Onda başlayaq alış-verişə. Haradan başlayaq?


- Parfümeriyadan. İlk öncə lazım olanları oradan alacam.


Dediyi kimi də edir. Ətrin iyinə baxır.

- Çox xoşladım bu iyi. Ümumiyyətlə ətir sevənəm. Ətirdən əlavə yuyucu toz, sabun, salfet, şampun götürüm.



Ətir, yuyucu toz, sabun, salfet alır.


Ağartı məhsullarından isə yağsız pendir, qatıq, süd, yoğurt.


- Məhsulun keyfiyyət nişanına diqqət edirsən?

- Hə, mənim üçün sağlamlıq ilk növbədədir. Sağlam həyat, sağlam qidadan başlayır. Ona görə də. yediyim yeməklərin istehsal tarixinə daim nəzarət edirəm.


- Mövzudan kənar bir sual verəcəm. Bilirəm ki, bu məsələdə susmağa üstünlük verirsən. Amma istəyirəm ki, bu mövzuya Lent.az-da bir dəfəlik aydınlıq gətirəsən və şayiələrə son qoyasan. Bir çoxları Kəmalə Quliyevanı atası Nürəddin Mehdixanlı ilə reklam olunduğunuzu deyir…


- Yalçın, bu sözlərdən artıq bezmişəm. Çoxları elə düşünür ki, guya mən atamla reklam olunuram. Amma əsla belə deyil. Mən hər işi öz zəhmətimlə edirəm. Razı olmaram ki, uğurlarıma şərik qoşsunlar. Atam tanınmış xalq artistidir. Amma mən özüm Kəmalə Quliyeva olaraq tanınıram.


- Atanızla münasibətlər nə yerdədir?


- Bu mövzuya son dəfə sizin sayt vasitəsi ilə aydınlıq gətirirəm. Mənim atamla münasibətim hər zaman normal olub. Sadəcə, mənim mətbuata verdiyim bir müsahibə yeddi, səkkiz şəkildə təqdim olundu. Atam da elə düşünürdü ki, mən hər dəfə müsahibə verirəm. Məhz ona görə də bir müddət mediadan kənar gəzdim. Açıqlama vermədim ki, bu mövzu yenidən gündəmə gəlməsin. Qaldı ki, atam Nurəddin Mehdixanlı ilə münasibətlərim əvvəlki kimi isti deyil. Çünki bir az aramızda olan körpülər yandı. Əvvəllər nəsə olanda saatlarla telefonla danışırdıq. İndi münasibətlər elə də yaxşı deyil. Və media nümayəndələrinə də müraciət edirəm ki, bu mövzuya artıq toxunmasınlar.

- Hal-hazırda ailəniz neçə nəfərdən ibarətdir?


- Anam və doqquz yaşlı qızım da mənimlə yaşayır.


- Övlad böyütmək çətin deyil ki?


- Çətinidir. Çünki onun tərbiyəsi ilə məşğul olmaq və ona diqqət göstərmək vacibdir. Mən övladıma qarşı çox məsuliyyətli və diqqətciləm. Bu mənim valideynlik borcumdur. Uşaq vaxtı özüm görmədiyim, yaşamadığım xoş hisləri ona yaşadıram.


Söhbət edə-edə keçirik ət məhsulları satılan şöbəyə gedirik.


- Hansı ət məhsullarına üstünlük verirsiz? Mal, qoyun, balıq, yoxsa quş ətinə?


- Daha çox mal və toyuq əti yeyirəm. Qoyun ətinə o qədər də üstünlük vermirəm.


- Yemək bişirməklə aran necədi?


- Çox yaxşı, gözəl yeməklər bişirirəm. El dilində desək, əlimin duzu var.


- Ən sevdiyiniz yemək hansıdır?


- Daha çox kartof qızartmasını sevirəm. Gözəl kartof qızardıram.


- Bəs sevmədiyin yemək?


- Sevmədiyim yemək yoxdur. Amma xəmir yeməklərini ümumiyyətlə yemirəm, kökələ bilərəm.


- Pəhriz saxlayırsınız?


- Hə, yeməklərimə diqqət edirəm. Xəmir yeməkləri yemirəm. 13 ildir çörək yemirəm. Çünki çörək kilonu artırır. Formada qalmaq üçün aerobikaya da gedirəm.

2 kiloqram mal əti alıb, keçirik meyvə-tərəvəz şöbəsinə.

- Evdə meyvə olmasa özümü narahat hiss edərəm. Daim meyvə yeyirəm. Çünki xeyirlidir. İndi yalnız meyvə alacam, tərəvəz yox. Gilas, şaftalı və alma.


Dediyi kimi də edir. Hərəsindən 1 kiloqram olmaqla ağ, qara gilas, alma alır.

- Yalçın, indi gedək şirniyyat bölməsinə, qızım üçün şirniyyatlar alım. Hara getməyimdən asılı olmayaraq, hər zaman qızıma nəsə almalıyam. İndi də şirniyyat və bir də hədiyyə alacam.


Şirniyyat bölməsindəyik.

- Dadlı konfetləri sevirəm. (Konfetin birini soyub, dadına baxır) Elə bir kilo alım bundan, çayla içməyə. Qızımın sevdiyi konfetdən də götürəcəm. Mineral suları sevirəm. 5 ədəd götürüm, keçək hədiyyələr aləminə. Hədiyyəni də alım, alış-verişi yekunlaşdıraq. Çünki burdan çıxdıqdan bir neçə saat sonra digər çəkilişə yollanacam.

Hədiyyələr aləmindəyik. Bu bölmədə qızına məktəbli ləvazimatları, gəlincik və ətir alır.

Alış-verişi yekunlaşdırıb, kassaya yaxınlaşırıq.

Kassir xanım malları bir-bir hesabladıqca müğənni pul kisəsinin ağzını açır.


***

Beləliklə sonuncu məhsulun qiyməti də monitorda görünür və ödəniləcək toplam məbləğ bəlli olur: 116 manat, 20 qəpik…

Qeyd edək ki, K. Quliyeva 116 manat, 20 qəpik alış-veriş etdiyinə görə, dükanda keçirilən kampaniyadan bir ədəd fen də qazandı.