73 yaşlı gənc (FOTO)
12-11-2014, 14:50
Oxunub: 4 633
Təqaüdçünin həqiqi yaşını eşidənlər şoka düşür
73 yaşlı britaniyalı qadın 20 yaş cavanlaşaraq tanışlıq saytlarının ulduzuna çevrilib.
Britaniyalı Ceyn Peş sevimli barına daxil olanda hər kəs ona baxır. Uzun saçlı, qısa ətəkli, qara kalqotkalarda və hündür dabanlı ayaqqabılarda olan sarışın hər kəsin diqqətini özünə cəlb edir. Ona baxdıqda 48-50 yaş vermək olar, amma paspotunda 73 yaş qeyd edilib.
Ceyn öz vətənində «ayaqlı sensasiya» adlandırlır.Ceyn Peş bir neçə dəfə etdirdiyi plastik əməliyyatlara 16000 funt sterlinq xərcləyib. İlk plastik əməliyyatını 80-ci illərdə sinəsində etdirib. Daha sonra o Polşada üz, boyun dərisinin dartılması, botoks seansları həyata keçirib. Lakin qadın bu əməliyyatlarla kifayətlənmək niyyətində deyil.
3 il öncə ərini itirən dörd oğul anası Ceyn heç bir ciddi münasibət axtarmadığını, heç kimin onun sevimli həyat yoldaşı Uolterin yerini verə bilməyəcəyini söyləyib. “Mən digər təqaüdçülər kimi oturub gözləyə bilmərəm ki, oğlanlarımdan hansısa vaxtı olanda mənə zəng etsin. Mən sadəcə vaxtımı maraqlı keçirmək üçün yeni insanlarla tanış oluram”.
Britaniyalı xanım gözəl görünmək və formada qalmaq üçün hər gün 30 dəqiqə idmanla məşğul olur, 30 yaşından bəri pəhriz saxlayır və çəkisi 54 kiloqramdır.
Ceyn Peş gənc görünmək üçün parlaq rənglərdən, müasir formalı və gen olmayan paltarlardan, həmçinin hündür dabanlı ayaqqabılardan istifadə etməyi də məsləhət görməyi yaddan çıxarmayıb.
Çox Oxunanlar
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 27-04-2024, 18:58 : Bakı metrosunda ölüm baş verib
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 4-04-2024, 18:59 : Əli Əsədov Konqo prezidenti ilə görüşdü
Siyasət / Xəbərlər
- 17-04-2024, 10:13 : Hadı Rəcəblinin dəfn yeri açıqlandı
Gündəm
- 13-04-2024, 15:52 : “WhatsApp” işlədənlərin NƏZƏRİNƏ - Bunu etmək mümkün olacaq
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:28 : Rəsmi Bakıdan İrəvana cavab
Siyasət / Xəbərlər