BolgeXeber.Com » Fotoqalereya » Bakının “zəbt olunmuş” avtobus dayanacaqları – FOTOLAR

Bakının “zəbt olunmuş” avtobus dayanacaqları – FOTOLAR

12-01-2015, 16:20
Oxunub: 4 696 Belə hallar paytaxtın bir çox prospekt və küçəsində baş verir.
Taksi fəaliyyəti ilə məşğul olan, o cümlədən şəxsi avtomobil sürücülərinin avtobus dayanacaqlarının ərazilərində park etməsi bir sıra problemlərə səbəb olur. “Report”un xəbərinə görə, avtobus sürücüləri nəqliyyat vasitələrini yolun hərəkət hissəsində saxlamaq məcburiyyətində qalır ki, bu da qəza şəraitinin yaradılmasına zəmin yaradır, eləcə də dayanacaqlarda piyadaların sərbəst hərəkətinə mane olur.
Qeyd edək ki, dayanma, durma, parklanma qaydalarının pozulmasına görə dövlət yol polisi tərəfindən fotomateriallar tərtib edildikdə, həmin sürücü İnzibati Xətalar Məcəlləsinə görə 40 manat məbləğində cərimə olunur.
Bolgexeber.com