BolgeXeber.Com » Fotoqalereya » Bu qızın atası lüt şəkillərinə görə özünü asdı (FOTO)

Bu qızın atası lüt şəkillərinə görə özünü asdı (FOTO)

29-01-2015, 15:15
Oxunub: 15 300 Pleyboy ulduzu fotosessiyası üzündən atasının intihar etdiyini etiraf edib

Rumıniyalı playboy ulduzunun atası qızının çılpaq şəkilləri üzündən özünü asaraq intihar edib.Loreadna Kivu adlı model özü bunu etiraf edib.
25 yaşlı model atasının intiharını belə xatırlayıb: "18 yaşımda ilk toples-fotosessiyamı etdirdim. Fotolar mediada yayıldıqdan sonra atam mənimlə ünsiyyəti kəsdi. Aylarla atamla görüşmədim. Bir gün münasibətlərimizi düzəltmək qərarına gəldim və atamın yaşadığı evə yollandım. Qapını döydüm, açan olmadı. Məndə olan açarla evə girib otaqları gəzdim, yox idi. Çardağa çıxdıqda dəhşətli mənzərə ilə rastlaşdım. O, özünü asmışdı".

"Bütün bunlardan uzun zaman keçsə də, bu barədə danışmaq çox çətindi. Hələ də hədsiz ağrıldı. Heç kimə belə bir tale arzulamaq istəməzdim" - deyən, Kivu yaşadıqlarını anlatmaq üçün söz tapa bilmədiyini deyib.

Lakin bu faciəyə baxmayaraq Kivu erotik fotosessiyalarda çəkilməyi davam etdirir. Maraqlıdır ki, açıq-saçıq şəkillərini model özü də sosial şəbəkələrdə paylaşır.ans