BolgeXeber.Com » Fotoqalereya » “20 Yanvar” dairəsi taksilərin üzünə bağlanıb - FOTO

“20 Yanvar” dairəsi taksilərin üzünə bağlanıb - FOTO

3-06-2015, 11:03
Oxunub: 5 210 “20 Yanvar” dairəsi taksilərin üzünə bağlanıb - FOTOYPX və nəqliyyat müfəttişləri paytaxtda nəzarəti gücləndirib

Paytaxtın “20 Yanvar” dairəsində taksilərin fəaliyyətinə məhdudiyyət yaradılıb. Bu sözləri ərazidə olan əməkdaşımızla söhbətində taksi sürücüsü bildirib. Həmsöhbətimiz bildirdi ki, ictimai nəqliyyat xidməti ilə məşğul olan sürücülərə qarşı nəzarət güclənib. Belə ki, “20 Yanvar” dairəsi və “Şamaxinka” adlanan ərazilərdə qeyri-qanuni taksi fəaliyyəti ilə məşğul olanlara qarşı ciddi mübarizə aparılır.

Günün pik saatlarında nəqliyyat vasitələri “20 Yanvar” ərazisinə daxil olan zaman sürücülər müəyyən sıxlıqla qarşılaşırdı. Nazirliyin bu tədbirindən sonra sözügedən ərazilərdə nəqliyyatın hərəkəti asanlaşıb.

Nəqliyyat Nazirliyinin müfəttişi bildirir ki, görülən tədbirlərdə məqsəd Bakıda keçirilən Birinci Avropa Oyunları zamanı paytaxtın yerli və əcnəbi qonaqlarını hər hansı xoşagəlməz hallardan sığortalamaq və onlara daha yüksək səviyyəli xidmət göstərməkdir.

Ərazidə nəqliyyat müfəttişləri ilə yanaşı 8 YPX avtomobilini və 10-dan çox yol patrul xidməti inspektorunun olduğunu da müşahidə etdik.

Sürücülər bildirdi ki, qanuni taksi fəaliyyəti ilə məşğul olanlara da qadağa qoyulub. Belə ki, onlara da Birinci Avropa Oyunları yarışlarının keçirildiyi idman arenalarına yaxınlaşmamaq tövsiyə edilib. Meydançaların ətrafında tək xüsusi “London taksiləri” fəaliyyət göstərəcək.
BOLGEXEBER.COM