Möhübbət Heydərovun “metallom” biznesi - Fotolar
12-06-2015, 17:48
Oxunub: 5 543
Beyləqan Subartezan Quyularının İstismar İdarəsinin müdiri dövlət əmlakını qanunsuz silərək satır
BOLGEXEBER.COM xəbər verir ki, Beyləqan rayonundan AzFakt.com-a verilən məlumata görə rayon Subartezan Quyularının İstismar İdarəsinin müdiri Möhübbət Heydərov rəhbərlik etdiyi idarənin avadanlıqlarını metallom kimi atır.
Redaksiyamıza göndərilən məlumatda qeyd olunur ki, idarənin OUS qəsəbəsində yerləşən maşın mexanizmilərinin təmiri və yanacaq doldurma məntəqəsindəki dəmir avadanlıqlar satılıb. Saytımıza göndərilən fotoşəkillərdən də aydın görünür ki, Möhübbət Heydərov 25 və 10 tonluq yanacaq çənlərini, həmçinin avtomobillərin, motorların təmiri üçün nəzərdə tutulan çardağı maşınlara yükləyərək metallom kimi satmağa göndərir. İnformasiya mənbəmiz iddia edir ki, idarə müdiri dövlət vəsaitlərini qanunsuz olaraq silərək yanacaq çənlərini və çardağın dəmirlərini satmaqla yaxşı qazanc əldə edib.
Bildirək ki, Subartezan Quyularının İstismar İdarəsinin balansında olan avadanlıqların mettallom kimi satmaq məsələsi Möhübbət Heydərovun birinci işi deyil. Mənbə bildirir ki, idarə müdiri Beyləqan Rayon Subartezian Quyularının İstismarı İdarəsinin balansındakı bir neçə avtomobil anbarını və motor sexini qanunsuz olaraq silərək yüz tonlarla dəmir avadanlıqları “metallom” kimi satıb. Qeyd edək ki, Beyləqan Subartezan Quyularının İstismar İdarəsinin müdiri Möhübbət Heydərovun maxinasiyaları ilə bağlı araşdırmamız davam edir və yaxın günlərdə oxucularımıza ilgin məlumatlar verəcəyik.
BOLGEXEBER.COM



Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər