BolgeXeber.Com » Fotoqalereya » Elnur Hüseynov narkoman manekenlə içib, yoldan keçənlərə sataşıb - FOTOLAR

Elnur Hüseynov narkoman manekenlə içib, yoldan keçənlərə sataşıb - FOTOLAR

1-07-2015, 13:06
Oxunub: 5 978 Elnur Hüseynov narkoman manekenlə içib, yoldan keçənlərə sataşıb - FOTOLARPaparatsilərin onları çəkdiyini görən maneken “Bu gün qafam çoz gözəl, məni çəkməyin” deyə bağırıb

Azərbaycanı builki “Eurovision” mahnı yarışmasında təmsil edən, Türkiyədə keçirilən “O səs Türkiyə” yarışmasının qalibi olan Elnur Hüseynov İstanbuldakı restoranların birində maneken Senem Kuyucuoğlu ilə bərk içib və yoldan keçənlərə sataşıb.

Virtualaz.org saytı Türkiyə mediasına istinadən xəbər verir ki, bundan əvvəl narkotik maddələrdən asılılığı üzündən çətin günlər keçirən, daha sonra müğənni Hülya Avşarın himayəyə götürdüyü və müalicə etdirdiyi, öz ansamblında iş verdiyi Senem Kuyucuoğlu yenidən əyləncə və içki həyatına geri dönüb.

O, İstanbulun “Smryna” adlı restoranında Elnur Hüseynovla yeyib-içərək bərk sərxoş olub və restorandakı digər müştəriləri narahat etməyə başlayıb.

Paparatsilərin onları çəkdiyini görən maneken “Bu gün qafam çoz gözəl, məni çəkməyin” deyə bağırıb.Daha sonra maneken yoldan keçən gənc qıza “Nə baxırsan, lan sən mənə” deyə sataşıb.

Azərbaycanlı müğənni də ondan geri qalmayıb və qarşılarına keçənlərə sataşıb. Həmçinin onlar oturduqları yerdən jurnalistlərə soyüşlər yağdırıb. Bundan sonra mühafizəçilər onları restorandan kənarlaşdırıb.

İkili daha sonra küçədə qışqıra-qışqıra, bir-birlərini qucaqlayaraq getməyə başlayıblar. Elnur Hüseynovun qəribə davranışlarına Senem Kuyucuoğlu da qəhqəhələrlə dəstək verib. Paparatsilər sərxoş məşhurları küçədə də xeyli izləyib.
BOLGEXEBER.COM
Elnur Hüseynov narkoman manekenlə içib, yoldan keçənlərə sataşıb - FOTOLAR
Elnur Hüseynov narkoman manekenlə içib, yoldan keçənlərə sataşıb - FOTOLAR
Elnur Hüseynov narkoman manekenlə içib, yoldan keçənlərə sataşıb - FOTOLAR
Elnur Hüseynov narkoman manekenlə içib, yoldan keçənlərə sataşıb - FOTOLAR