Azərbaycan manatının 23 yaşı oldu – FOTO
15-08-2015, 11:55
Oxunub: 12 553

Bu gün Azərbaycan manatının dövriyyəyə buraxılmasından 23 il ötür
1-ci pul emissiya Fransa Mərkəzi Bankı tərəfindən çap edilmişdi.
Bu gün Azərbaycan manatının dövriyyəyə buraxılmasından 23 il ötür.
Bolgexeber.com oxu.az-a istinadən xəbər verir ki, milli pul vahidi olan manat 15 avqust 1992-ci ildə dövriyyəyə buraxılıb.
İlk mərhələdə 1, 10 və 250 manatlıq əskinaslar, noyabrda isə 5, 10, 20 və 50 qəpiklik sikkələr, dekabrda 5 manatlıq əskinas, 1993-cü ilin martında isə 50, 100, 500 və 1000 manatlıq kağız əskinaslar dövriyyəyə buraxıldı.
Azərbaycan Respublikasının 1-ci pul emissiyası 1992-ci ildə Fransa Mərkəzi Bankı tərəfindən çap edilmişdi.
Prezident İlham Əliyev tərəfindən 7 fevral 2005-ci il tarixdə imzalanmış «Azərbaycan Respublikasında pul nişanlarının nominal dəyərinin və qiymətlər miqyasının dəyişdirilməsi (denominasiyası) haqqında» fərmana uyğun olaraq, 2006-cı il yanvarın 1-dən yeni manata keçidlə əlaqədar 1 yeni manat AZN 5000 köhnə AZM-ə bərabər tutuldu. AZM və AZN-in birgə 1 il ərzində - 2006-cı ildə dövriyyədə oldu və yalnız 2007-ci il yanvarın 1-dən isə yeni manata tam keçid təmin edildi.
Bolgexeber.com










Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər