BolgeXeber.Com » Fotoqalereya » Adı səhvən qalib kimi açıqlanan kolumbiyalı gözəl: Məni alçaltdılar –VİDEO, FOTO
Adı səhvən qalib kimi açıqlanan kolumbiyalı gözəl: Məni alçaltdılar –VİDEO, FOTO
6-01-2016, 18:45
Oxunub: 7 808İlk dəfə açıqlama verib
Ötən ay “Miss Kainat-2015” gözəllik müsabiqəsində adı səhvən birinci olaraq açıqlanan kolumbiyalı gözəli istəmədən düşdüyü qalmaqaldan sonra ilk dəfə açıqlama verib.
Oxu.Az xəbər verir ki, ona qarşı böyük bir haqsızlıq edildiyini söyləyən Adriadna Gutierrez bunları deyib:
“Mənim üçün çox çətin idi, böyük bir şok yaşadım. Xəyalım həmişə kainat gözəli seçilmək olub. Mənim üçün çox alçalıdıcı bir vəziyyət idi”.
Gutierrez bunun eyni zamanda zalda olan bütün latın amerikalılara qarşı alçaldıcı hərəkət olduğunu söyləyib.
Xatırladaq ki, müsabiqənin finalında məşhur şoumen Steve Harvey səhvinin fərqinə varıb üzr istədikdən sonra birincilik tacı kolumbiyalı iştirakçıdan alınaraq Filippin gözəil Pia Alonzo Wurtzbach-a təqdim olunmuşdu.