İranda İnstaqramdan mənəviyyatsız istifadəyə görə modellər həbs edilib (FOTO)
17-05-2016, 17:42
Oxunub: 11 990
20 şübhəliyə qarşı cinayət işi açılıb
İran hakimiyyəti İnstaqramı mənəviyyatdan uzaq məqsədlə istifadə etdiyinə görə 8 nəfəri həbs edib.
Bu barədə Tehranda kompüter cinayətləri üzrə məhkəmə rəhbəri Cavad Babai bildirib.
Həbslər “Hörümçək II” əməliyyatı çərçivəsində həyata keçirilib, iki il sürən əməliyyat zamanı isə hətta gizli casuslar da cəlb edilib. Hüquq mühafizəçilərinin məqsədi digər qayda pozanlarla yanaşı, İranda qadağan edilmiş şəkildə, yəni hicabsız fotolarını yerləşdirən model qadınların üzə çıxarılmasıdır.
Məhkəmə şikayətində 170 fotoqrafın, qrim edən, model və gözəllik salonlarının menecerlərinin adı yer alıb. Onlar İnstaqramda foto və video paylaşmaq üçün akkaunt açıblar.
“Onlar mənəviyyatdan uzaq, islama zidd olan mədəniyyəti yayırdılar”, - məhkəmə başçısının rəhbərinin sözlərini France-Press agentliyi sitat gətirib.
O əlavə edib ki, həbslərdən başqa hakimiyyət 20-dən çox şübhəliyə qarşı cinayət işi açıb.
İranda Facebook, Twitter və YouTube blok edilib, amma İnstaqrama çıxış var və o, iranlılar arasında populyarlıq qazanıb.

















Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər