Azərbaycanlı xanım müğənni: "Bu qiymətə lüt soyunaram" (FOTO)
30-06-2016, 15:19
Oxunub: 20 025
Azərbaycanlı müğənni Afaq Aslan Türkiyədə həyata keçirəcəyi layihə üçün foto-kameralar önünə keçib
Lent.az-a açıqlama verən ifaçı bildirib ki, yeni fotosessiyasına görə onu qınayanlar çox olacaq: "Artıq mənim müğənniliklə bağlı bütün işlərimi Türkiyədə olan şirkət həyata keçirəcək. Bütün detallar danışılıb. Buna görə də yeni, fərqli, dünya ulduzlarının fotosessiyalarına uyğun nəsə etdirməli idim. Bu obraza, şəkillərə görə məni tənqid edənlər çox olacaq. Amma mən bu tənqidlərə önəm vermirəm. İndi bir çox "ağzı göyçəklər” deyəcəklər ki, "Afaq soyundu”. Artıq bu tip başlıqlardan da təngə gəlmişəm. Şou aləmində məndən də açıq geyinən müğənnilər var. Amma mən qısa bir libas geyinən kimi deyirlər ki, soyundu. Mən dəli deyiləm ki, soyunam? Əslində dünya ulduzları kiməsə yardım etmək və sosial layihədə iştirak etmək üçün böyük məbləğ müqabilində lüt şəkillər çəkdirirlər. Əgər Azərbaycanda da belə bir layihə olsa, 1 milyon versələr, lüt soyunaram. Burada pis nəsə yoxdur. Yəni əgər soyunası olsam da, Azərbaycan estradasında lüt soyunacaq ilk müğənni mən olmayacam”.
Qeyd edək ki, A.Aslanın fotolarını fotoqraf Toğrul Abbasov çəkib.








Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər