Olimpiya oyunlarında idmançılara 12 min fahişə xidmət göstərəcək - Fotolar
6-08-2016, 19:51
Oxunub: 14 248
23 yaşlı Juliana (müştəriləri üçün Bruna) – Braziliyada keçiriləcək Olimpiya oyunları zamanı çalışacaq 12 min sex-işçilərindən biridir
Bu qadın Olimpiya oyunlarını daha çox pul qazanmaq və öz xəyalındakı kişini tapıb həyatını dəyişmək üçün bir şans hesab edir.
“İnsanlar mənim şəhərimə Olimpiya qızılını qazanmaq üçün gəlirlər. Mənim üçünsə bu cibimin qızılla dolması deməkdir və bu məni qalib edəcək. İstəyirəm öz “biznesimdə” qızıl medalçı olum, lakin rəqabət çox güclüdür”
Braziliyada fahişəlik qanunidir, lakin dövlət seks-biznesini Rio-De-Janeyroda durdurmağa çalışır. Bu Juliananı heç narahat etmir.
“Mən nə üçün polislərdən qorxmalıyam? Onlar mənim müştərilərimdən biridirlər. Braziliyalı qızlar üçün fahişəlik adi haldır. Bu pul qazanmağın asan yoludur. Əgər bununla çətinliyin varsa bu yola əl ata bilərsən. Şəhərdə hər şey bahadır, iş çox azdır, iqtisadiyyat isə çökür”
“Birlikdə işlədiyim bütün qızlar Olimpiya oyunlarını gözləyirlər – Bu yaxşı pul qazanmaq üçün şansdır və bəlkədə bu bizim həyatımızdan çıxa bilmək şansıdır, sevgili və ya ər tapmaq şansıdır. Məni buradan aparacaq bir idmançı ilə qarşılaşmaq mənim arzumdur”
Hal-hazırda Juliana həftənin 3 günü hər günə 4 müştəri ilə işləyir, lakin Olimpiya oyunları zamanı həftənin hər günü işləmək niyyətindədir.
Gəlmələrdən o, oteldə bir saat üçün 150 dollar alır. Yerlilərlə isə daha ucuzdur. Olimpiya oyunları zamanı isə müştərilərdən daha çox pul alacağını deyir. Onun maksimal qazancı bir gecəyə 2 min dollar olub.
Juliananın ailəsi onun gözəllik salonunda işlədiyini düşünür. O isə artıq bir ildir ki, orada çalışmır. Bu yolla Juliana özünə maşın, ev, kompyuter alıb. Bundan əvvəl isə onun sadəcə telefonu olub.
Nə deyək Julianaya Olimpiya oyunlarında uğurlar.(surf.az)

Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər