"İş üçün gedirəm, məşuqəlik təklif edirlər" - Hicabı çıxaran Sədəf - FOTO
14-11-2016, 10:10
Oxunub: 13 093
O, bir ildən bəri yaşadığı İstanbuldakı durumundan da razı deyil
"28 yaşım var. Tehran Universitetinin memarlıq və mühəndislik fakultəsini bitirmişəm. 19 yaşımdan bəri aktyorluq dərsləri almışam. İranda çoxsaylı filmlərə, seriallara, televiziya lentlərinə çəkilmişəm. Başı açıq fotomu İnstagram-da paylaşdığım üçün təhdid olundum, İranda aktrisalıq etməyim yasaqlandı. İndi İstanbulda yaşayıram".
Milli.Az AHT-yə istinadən bildirir ki, iranlı model və aktrisa Sədəf Tahirianın sözlərinə görə, başındakı hicabı çıxarandan sonra İranda çox böyük təzyiqlərlə qarşılaşıb.
O, bir ildən bəri yaşadığı İstanbuldakı durumundan da razı deyil.
"Bura bəzi məsələlərdə sərbəstdir, amma hər sahədə yox. Mən sərbəst yaşamaq üçün ölkəmi tərk etmədim. Sadəcə, işimi görmək istədim. Türkiyədə vəziyyətin fərqli olduğunu düşündüm. Amma iş üçün gedəndə pis təkliflər alıram. Aktrisalıq işimlə bağlı layihənin müzakirəsinə gedəndə "Məşuqəm ol" təkliflərini eşidirəm. İranda olanlar burada da var", - Sədəm Tahirian deyib.
O, Türkiyədə özünü bəxtəvər hiss etmədiyini deyib: "Buranın fərqli olduğunu düşünəndə səhv etmişəm. Aktrisalıq edə bilmirəm, modellik edə bilmirəm. Eyni tərbiyəsiz təkliflərdən bezdim. Üstəlik, düz üç dəfə türk dili kursuna yazıldım, uğur qazana bilmədim. Özümə inamım qırılıb".
İnstagramda başıaçıq fotosunu paylaşmasına gəldikdə isə, Sədəf Tahirian əxlaqlı, namuslu olduğunu deyib.
"Türkiyədə də aktrisalar seriallarda, filmlərdə öpüşürlər, yatağa girirlər. İnstagram-da hicabsız foto paylaşmaq nə zamandan əxlaqsızlıq olub?! - S.Tahirian söyləyib.




































Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər