Maradona çilili modelin tənqidinə tuş gəldi: Argentinalılar, sizin Allahınız budu? FOTOLAR
23-12-2016, 18:23
Oxunub: 7 532
Əfsanəvi futbolçu Dieqo Armando Maradona tənqid hədəfinə çevrilib
Apasport.az saytı xəbər verir ki, buna Argentina yığmasının sabiq baş məşqçisinin sosial şəbəkədəki paylaşdığı şəkil səbəb olub.
Belə ki, Maradona nəsli kəsilməkdə olan ağ oriks antilopunun balasını ovladıqdan sonra bir əlində tüfəng, digərində isə ölmüş heyvanı tutaraq şəkil çəkdirib. Həmin fotonu “twitter”də paylaşması isə əksəriyyət kimi, Daniella Çavesi də özündən çıxarıb.
Məşhur çilili model Maradonaya qarşı çıxaraq, onu bu hərəkətinə görə ittiham edib. O, həmin fotonu paylaşıb, “Argentinalılar, sizin Allahınız budu? Uşaqlara pis nümunə olan birini necə ilahiləşdirirsiz?” fikirlərini yazıb.
Təbiətin Beynəlxalq Mühafizəsi İttifaqı adı 1980-ci ildə “Qırmızı kitab”a düşən ağ oriks antilopunun qorunmasına xüsusi fikir verir.
Qeyd edək ki, Maradona ekzotik heyvanları ovlamağa görə ittiham edilən ilk sabiq futbolçu deyil. “Barselona”nın keçmiş ulduzu Xristo Stoiçkov da vaxtilə eyni addımı ilə diqqət mərkəzinə düşüb.




Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər