Misirli aktrisa transparan dona görə beş illik həbs oluna bilər – FOTOLAR
3-12-2018, 10:52
Oxunub: 6 514
Misirli aktrisa Rania Yusif Beynəlxalq Qahirə Film Festivalının bağlanış mərasiminə bədən xətlərini və ayaqlarını göstərən transparan əlbisə ilə qatıldığına görə həbs edilə bilər.
Oxu.Az xəbər verir ki, aktisa “hüququn tapdanması, Misir xalqını alçaltma və misirli qadınlarıbn adını ləkələmə” şikayətləri ilə məhkəməyə verilib.
Şikayətin ardından Misir Baş Prokurorluğu Yusifin 12 yanvarda hakim qarşısına çıxarılmasına qərar verib. Ona əxlaqsızlıq, fəsad yaratma, tərbiyəsiz davranışlar sərgiləmə və cəmiyyətdə pisliyi yayma ittihamları irəli sürülüb.
Şikayətçilər aktrisaya Misir “Fahişəliklə Mübarizə Qanunu”nun tələblərinə uyğun cəza verilməsini istəyiblər. Əgər ittihamlar qəbul edilsə, onu beş ilə qədər həbs cəzası gözləyir.
Rania Yusif “Twitter” hesabında üzr istədiyinə dair post paylaşıb:
“Qəlbini qırdığım və narahat etdiyim ailələrdən üzr istəyirəm. Bu paltarın bu qədər nifrət yaradacağını düşünməmişdim və bunu geyinərkən heç bir pis niyyətim yox idi”.
Bu il 40-cı dəfə təşkil olunan Beynəlxalq Qahirə Film Festivalının bağlanış mərasimi noyabrın 29-da, Qahirədəki Opera binasında baş tutmuşdu.
Çox Oxunanlar
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 4-04-2024, 18:59 : Əli Əsədov Konqo prezidenti ilə görüşdü
Siyasət / Xəbərlər
- 13-04-2024, 15:52 : “WhatsApp” işlədənlərin NƏZƏRİNƏ - Bunu etmək mümkün olacaq
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:28 : Rəsmi Bakıdan İrəvana cavab
Siyasət / Xəbərlər