Mən fahişə deyiləm – FOTOLAR
6-04-2013, 14:45
Oxunub: 7 816
İtaliyada «Rubi» ləqəbi ilə tanınan, «Milan»ın prezidenti və keçmiş baş nazir Silvio Berluskoni ilə 18 yaşı tamam olmadan cinsi əlaqəyə girən Kərimə əl Mahruq maraqlı açıqlamalarla gündəmə gəlib. Fanat.az xəbər verir ki, mərakeşli xanım pul qarşılığında cinsi əlaqədə olmadığını bildirib.
Berluskoninin Milan yaxınlığındakı Arkore qəsəbəsindəki villasında təşkil etdiyi «Bunqa-Bunqa» adlı əyləncə məclislərinə qatılan Kərimə onunla bağlı iddiaya baxan məhkəmədən onu dinləməyi tələb edib və daha sonra mətbuat konfransı keçirib.
Əl Mahruq Berluskoni və ona psixoloji hücumların olduğunu bildirib: «Mən fahişə deyiləm. Məhkəmə məni dinləməlidi. Mətbuat Berluskonini “vurmaq” üçün məni biabır etdi. Bu gün anladım ki, bəziləri Berluskoniyə və mənə qarşı müharibə aparır. Prokurorlar və hakimlər həqiqətləri bilmək üçün məni dinləməyə məcburdu. Pul qarşılığında əsla cinsi əlaqə olmadı. Berluskoni ilə aramızda belə bir şey yaşanmadı».
«Rubi» ailəsinin kökəni ilə bağlı Berluskoni də daxil olmaqla, bir çoxlarına yalan məlumat verdiyini etiraf edib və məyus olduğunu dilə gətirib.
Qeyd edək ki, keçmiş baş nazir barəsində 18 yaşına çatmamış Kərimə ilə (2010) cinsi əlaqədə olduğu üçün 3 il azadlıqdan məhrumetmə maddəsi ilə ittiham qaldırılıb.


.jpg)

Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər