Sumqayıtda "yaşıl soyqırım" davam edir-FOTO
17-05-2013, 10:55
Oxunub: 7 350
Ötən gün Sumqayıt şəhərində yenidən ağacların kəsilməsi olayı müşahidə olunub. milli.аz xəbər verir ki, 1-ci mikrorayon, N.Nərimanov küçəsi, "Sumqayıt" şadlıq evinin yanında indiyədək fəaliyyət göstərən kafe sökülüb, ərazi hasara alınıb və həmin yerdəki 15-ə yaxın böyük ağac kəsilib. Maraqlıdır ki, ağaclar dibindən kəsilməyib, yerdən 1,5-2 metr hündürlükdə saxlanılıb. Xeberle.com saytına daxil olan məlumata əsasən, daxil olan məlumata görə, burada şadlıq evi tikiləcək.
Məsələyə münasibət öyrənmək üçün saytın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətinin rəhbəri İradə İbrahimova ilə əlaqə saxlayıb. O, məsələ ilə bağlı nazirliyin müvafiq qurumunu xəbərdar edib və gün ərzində ictimaiyyətə ətraflı məlumat veriləcəyini deyib.
Qeyd edək ki, təqribən 1 ay öncə də Sumqayıtda Azərbaycan küçəsində C.Cabbarlı adına Mədəniyyət Evinin qarşısındakı parkda 50-yə yaxın yaşı 40-50 il olan zeytun və şam ağacları kəsilmişdi.


Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər