Mehriban Əliyeva təmirdən çıxmış obyektlərdə olub -FOTOLAR
7-06-2013, 10:30
Oxunub: 6 607
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Xəzər rayonundan Milli Məclisin deputatı Mehriban Əliyeva paytaxtın Xəzər, Nəsimi və Binəqədi rayonlarındakı bir sıra obyektlərdə əsaslı təmir və yenidənqurmadan sonra yaradılmış şəraitlə tanış olub.
Mehriban Əliyeva əvvəlcə Xəzər rayonunun Binə qəsəbəsindəki İmam Rza məscidində yenidənqurmadan sonrakı vəziyyətlə tanış olub. Məscidin axundu hacı Həsən Mehriban Əliyevaya "Qurani-Kərim” hədiyyə edib.
Heydər Əliyev Fondunun prezidenti Binə sakinləri ilə söhbət edib. Sakinlər qəsəbədə görülən işlər, həyata keçirilən layihələrə görə Heydər Əliyev Fondunun prezidentinə minnətdarlıqlarını bildiriblər. Sonra Mehriban xanım Əliyeva Nəsimi rayonundakı 74 və 92 nömrəli uşaq bağçalarında əsaslı təmirdən sonra yaradılmış şəraitlə maraqlanıb. Daha sonra Azərbaycanın birinci xanımı Binəqədi rayonunun Biləcəri qəsəbəsindəki 298 nömrəli uşaq bağçasında yaradılmış şəraitlə tanış olub. Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva İmam Rza məscidində və uşaq bağçalarında yaradılmış şəraitdən razılığını bildirib.

Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər