Ana Vətən Partiyası konfranslar keçirir-Fotolar
30-07-2013, 10:55
Oxunub: 6 383
Konfransların gedişində Ana Vətən Partiyasının VI Qurultayına nümayəndələr seçilmişdir
Bolgexeber.com bildirir ki, Ana Vətən Partiyasının Abşeron, Cəlilabad, Sabirabad və Tərtər rayon təşkilatlarının konfransları keçirilmişdir. Konfransdan öncə Abşeron və Tərtər rayon təşkilatlarının konfrans iştirakçılarından bir qrupu ulu öndər Heydər Əliyevin Xırdalan və Tərtər şəhərlərində yerləşən abidələrini ziyarət etmişlər.
Konfransların işində təşkilati məsələlərə baxılmış, İlham Yusif oğlu Quliyev Abşeron rayon təşkilatının sədri, Həzrətqulu Quləli oğlu Şəmiyev Cəlilabad rayon təşkilatının sədri, Malik Sayyadxan oğlu Hüseynov Sabirabad rayon təşkilatının sədri, Mədinə Əli qızı İmanova Tərtər rayon təşkilatının sədri seçilmişlər.
Konfransların gedişində Ana Vətən Partiyasının VI Qurultayına nümayəndələr seçilmişdir.
Konfransın işində AVP Ali Məclisinin sədri Rəşadət Yaqublu, Mərkəzi Aparatın rəhbəri Elçin Ağamalı, sədrin müşaviri Qalib Əhmədov, Mərkəzi Aparatın əməkdaşları Tünzalə İsmayılova və Mikayıl İbrahimov iştirak etmişlər.





Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər