Fətullah Gülənin yaşadığı malikanənin görüntüləri yayılıb-Fotolar
17-08-2013, 17:15
Oxunub: 6 269
Türkiyədə və dünyada “nurçuluq” kimi tanınan ictimai-dini cərəyanın ruhani lideri Fətullah Gülənin ABŞ-da yaşadığı evin görüntüləri yayılıb.
APA-nın “Habertürk”ə istinadən verdiyi xəbərə görə, Pensilvaniya ştatı ərazisində yerləşən malikanənin fotoları mətbuatda ilk dəfədir yayılır.
Qeyd edək ki, Fətullah Gülən 1999-cu ildə ABŞ-a mühacirət edib və o vaxtdan bu ölkədə yaşayır. Onun Türkiyədəki davamçıları və tərəfdarları siyasət, iqtisadiyyat, biznes, media, dövlət və xüsusən təhlükəsizlik orqanlarında, məhkəmə-hüquq sistemində geniş şaxəli şəbəkə qurublar. “Nurçuluq” konkret təşkilati struktura, konkret liderlərə, hansısa yazılı proqramlara, məramnaməyə malik olmayan unikal bir cərəyandır. Onlar Türkiyədə özlərini “Hizmət” (Xidmət) adlandırırlar. “Hizmət” ölkədəki ictimai-siyasi proseslərə çox ciddi təsir imkanlarına malikdir. “Nurçular”ın Azərbaycan da daxil olmaqla, dünyanın 140 ölkəsində 11 mindən çox təhsil müəssisəsi fəaliyyət göstərir.





Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər