BolgeXeber.Com » Fotoqalereya » Qəddafinin gəlini: “Kişilər bundan zövq alır”

Qəddafinin gəlini: “Kişilər bundan zövq alır”

12-10-2013, 14:35
Oxunub: 6 139 Türkiyənin məşhur televiziya proqramlarından Pelin Çini və Salih Keçecinin təqdim etdiyi "Aramızda qalsın" proqramının qonağı olan qalmaqallı türk model Ebru Şancı maraqlı açıqlamalar verib.

Publika.Az bildirir ki, Ebru Şancı proqramda köhnə sevgilisi Saif Qəddafi ilə olan şəxsi münasibətlərindən danışıb.

"Mən Saifə aşiq idim. O zamankı ağlımla onu özümə çəkmək üçün əlavə bir səy göstərmədim. Təbii olduğum üçün məni seçdi. İndiki halımı görsəydi, heç mənə yaxınlaşmazdı da.

Məsafəli bir münasibətimiz var idi. 3-4 ayda bir görüşüb danışırdıq. Münasibətimiz bitdikdən sonra güclü bir adamı itirdim kimi bir sarsıntı yaşamadım. Onun təhsilimdə kömək etməsi mənim üçün böyük şans idi. Daha sonra Nyu-Yorkda mənə ev aldı. Bir sözlə, jest etməyi çox sevirdi...

Saifdən sonra həyatım sanki alt-üst oldu. Belə bir münasibətdən sonra insan sevə biləcəyi birini axtarır. Mənim sevgi ehtiyacım olduğunu heç kim başa düşmür.

Hamı başqa şeylərə ehtiyacım var düşünür.

Mənim axtardığım şey - sevgidir, eşqdir. Alış-verişi, gəzməyi, əylənməyi çox yaşadım.

Mənim kimi qadınsınızsa, kişilər belə qadınları aldatmaqdan daha çox zövq alır. Bu yolla həmin adamların özünə inamları artır. "Mən bunu tovladımsa, daha yaxşısını da tovlayaram" deyir və aldadır məni."