Bakıda məzar daşlarından yol çəkilib – Video
5-11-2013, 10:05
Oxunub: 5 761
Şəkillər qəsəbə sakinlərini qorxuya salır.
O dünyaya köçəndə də halallıq alıb köçürlər. Amma sonradan elə bir hadisə baş verə bilər ki, gəl görəsən. Qəbr əzabı eşitmişdik, qəbir daşlarına əzab verilməsi və onu adi daş parçaları kimi yol əvəzi yerə döşənməsini ilk dəfədir görürük.
Bolgexeber.com ANS PRESS-ə istinadən xəbər verir ki, Rəsulzadə qəsəbəsi 1-ci Baksol yaşayış massivində yaşayan sakinlər artıq bir neçə gündür vahimə içindədirlər.
Onları qorxuya salan daimi istifadə etdikləri yola qəbir daşlarının tökülməsidir. Açığı yol kənarındakı qəbir daşlarını görüb vahimələnməmək, mümkün deyil. Üzərindəki yazıları oxumaq çətin olsa da amma şəkillər çox şey deyirdi. Daşlardan birinin üzərində qadın və kişi şəkli əks olunmuşduki bu da onların bir ailənin üzvü olmasından xəbər verirdi. Digər bir məzar daşının üzərində orta yaşlı kişi şəkli var idi. Qəsəbə sakinləri yola tökülən daşların məzar daşı olmasından iki gün olar xəbər tutublar.
Deyilənə görə bir ay bundan əvvəl massivə su xətti çəkilib. Sonra əraziyə təmir məqsədilə iri daşlar tökülüb. Yağışın yağması nəticəsində daşların üzəri yuyulub. Daşların məzar daşı olması isə bundan sonra məlum olub.
Binəqədi Rayon İcra Hakimiyyətindən bildirdilərki məzar daşları icra hakimiyyəti tərəfindən tökülməyib. Başdaşların kim tərəfindən, haradan gətirilib əraziyə tökülməsi sabah aydınlaşdırılacaq.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər