BolgeXeber.Com » Fotoqalereya » Rəqqasə Aytən: “Nə qədər ki, cavanam, cazibədaram, təravətliyəm…” -Fotolar

Rəqqasə Aytən: “Nə qədər ki, cavanam, cazibədaram, təravətliyəm…” -Fotolar

25-11-2013, 17:20
Oxunub: 14 147 Rəqqasə Aytənin AzNews.az-a müsahibəsi


-Uzun zamandır ki, sorağınız Türkiyədən gəlir. Türkiyənin məşhur sənətçisi Asena ilə birlikdəki layihənin ideya müəllifi kimdir?


-Türkiyə layihəsi bütünlüklə mənə aiddir, yalandan deyə bilmərəm. Türkiyənin məşhur rəqqasəsi Asena ilə 4-5 aydır ki, yaxınlığımız var. Asenaya təklif məndən getdi. Məsləhət etdim, o da qəbul etdi. Ssenarini oxuyub və bəyənib.

- Lahiyədəki mahnının müəllifi kimdir?


-Bu mahnını Türkiyədə məşhur olan Can Şimşək hazırlayıb. Mənim ritmim və istəyim əsasında yazılıb. Nəinki Azərbaycanda, hətta bütün dünyada hələ belə bir klip ərsəyə gəlməyib. Bunu ilk dəfə etdim. İki ölkənin sənət adamlarının bir yerdə layihələri var. Amma iki ölkənin rəqqasəsinin bir arada layihəsi yoxdur. Bunu mən etdim. İki qardaş ölkənin populyar rəqqasəsi bir arada və bir səhnədə.

Bu həm də bir nov mesaj xarakterlidir. Yəni mehribanlıq, mədəniyyətlərarası əlaqələrin genişləndirilməsi və s kimi. Rəqqasələrdə bir az qəribə xarakter var, bir-birini gözü götürməmək kimi.

-Asenanın xarakteri necədir?


- Asena da mənim kimi səmimidir. İlk əvvəl düşündüm ki, əgər bir az özünü yuxarıdan aparsa, zümzümə etsə mən onu klipimə çəkməyəcəm. Çünki klip mənimdir, istəsəm çəkərəm, istəsəm çəkmərəm.

Amma baxdım ki, Asena tərəfindən çox gözəl qarşılandım. Yəni onun xarakterində səmimiyyət var. Başqaları kimi üzdə bir cür, arxada bir başqa deyil. Mənim bütün rəqs paltarımın tikilişini Asenanın modelyerinə aiddir. Modelyerinə bu paltarları onun özü göndərdi. Mən ondakı paltarları çox bəyəndim. Mənim Asena ilə bütün zövqlərim üst-üstə düşür. Səhnə görkəmi eyni olmasa da, xarakter etibarı ilə eyniyik. Musiqi üslubunuz, ritm də birdir. Bir klipin çəklişində 30 nəfər heyət iştirak edirdi.

-Kimlər vardı bu heyətdə?


-Kanallarda serial çəkən rejissorlar, operatorlar... Mənim klipimin rejissoru Onur bəy, təşkilatçı isə Zamiq bəy idi. Əvvəl-əvvəl qiymətlə bağlı yuxarıdan getdilər, amma Zamiq bəyin sayəsində bir az endirəm etdilər. Bu bizim son işimiz deyil. Hələ mənim Asena ilə qarşıda daha bir böyük lahiyəm var.

Gözəl bir ideyadır. Amma bu lahiyənin həyata keçməsi məndən asılıdır. Bilmirik ki, bu işi Bakıda görəcəyik, ya Türkiyədə. Amma mənə qalsa həmin ideyanın Bakıda həyata keçməsini istəmərəm. Çünki mən Bakıda tanınıram. Mən Azərbaycan səhnəsində sözünü demiş, bir nömrəli oriental rəqqasəyəm. Bundan sonra yüzü də gəlsə yanımdan yel olub ötə bilməz.

Mənim əsas məqsədim Türkiyəyə çıxmaq və orada tanınmaqdır. Ən böyük amacım isə Türkiyə şoularına qatılmaqdır. Bunu gizlətmirəm.

Demək olar ki, mən bu şou-biznesə qatıldım. Maqazin proqramlarının heç biri bizim kimi deyil. İlk öncə müsahibə Asenadan alınır, sonra da mənə keçilir. Bizimkilər olsa öz rəqqasəsini, müğənnisini aşağı səviyyədə tutar, başqa ölkənin sənətçisini isə yuxarı qaldırar. Onlarda elə deyil.

Mənim barəmdə demədiyi söz qalmayıb. Azərbaycanda o, ancaq məni tanıyır, bunu maqazin proqramına da dedi. Şokda qalmışdım.

O verilişlər bizdə olsaydı hamısı qaçacaqdı Asenanın üstünə, mən kənarda qalacaqdım. Türkiyədə isə belə deyil. Ən birinci özününkünü üstün tutur. Asenaya sual verirlər Hollandiyada ev aldın? O nə cavab verdi? Dedi ki, onlar kənarda qaldı.

Bu gün bizim Aytənin klipidir, hamı onun üçün yığışıb. Bizimkilər olsaydı bilməyəcəkdilər ki, mən varam, ya yox. Türkiyə şou-biznesi hər zaman öz müğənnilərini, sənət adamlarını birinci tutur. Kim olur olsun, istər Şakira, istərsə də bir başqası. Ona görə Türkiyə şou-biznesi birincidir.

Biz neçə illərin orientallarıyıq. Orintalın isə məktəbi yoxdur. İndi-indi biz məşhur rəqqasələr dərs deyirik. Bu saat Asenanın özünün oriental məktəbi var. Özü açıb bunu, tələbələri var.

-Deyəsən siz də oriental məktəb açmışdınız?


-Hə, vardı. Amma bir ara onu bağladım.

-Yenidən məktəb barəsində düşünürsünüz?


-Əlbəttə, bunsuz olmaz. Azərbaycanda oriental rəqs məktəbi mütləq olmalıdır.

-Müraciət edənlər var?


- O qədər. Haradasa 30-40 nəfər müraciət edib. Hər gün zənglər gəlir. “Aytən xanım, nə olar biz bu rəqsi sevirik, öyrənmək istəyirik” deyə yalvarırlar. Amma bu işlərimlə bağlı ləngiyir. O qədər işlərim var ki, bilmirəm hansından yapışım.

Bir kliplə iş bitmir ki, maqazin verilişlərinə çıxmalıyam. Rəqs də elə bir şeydir ki, həftədə 3 dəfə dərs verməlisən. Açığını desəm dərs demək mənə sərf də eləmir.

Amma qızların istəyini nəzərə alıb bunu mütləq edəcəm. Mən son fəndimi də qızlara öyrədəcəm. Niyə gizlədim ki. Müəllim nə bilirsə, onu yetirməsinə öyrətməlidir. Mənim iki tələbəm olub, hazırda onlar Moskvada fəaliyyət göstərirlər. Mən onlarla qürur duyuram, başqaları kimi paxıllıq etmərəm, səhnəyə yaraşan xanımlara əlimdən gələni etməyə hazıram.

Diskotekalarda, barlarda gözəl oynayan qızlar çoxdur, amma mən onlarla rastlaşmamışam. Oriental rəqslə efirə çıxmaq problemdir. Hər bir rəqqasə efirə çıxa bilməz.

Kanallara gəlincə, onların özündə də bu rəqsə qadağa var. Hər bir kanal oriental rəqsi efirə verməz. Bu saata kimi davam etdimsə bu, böyük şeydir. Hər adam buna qatlaşa bilməz.

-Oriental rəqsə təlabat necədir?


- 2005-2007-ci ildə oriental rəqs Azərbaycan tamaşaçıları tərəfindən daha yaxşı qarşılanırdı. 2002-2003-cü ildə isə super idi. Bakının nə qədər restoranları vardısa hamısına oriental çıxırdı. Sonra bir-iki rəqqasə gəldi səhnəyə, bu orientalın işinə, ifadəmə görə üzr istəyirəm, zibil qoydu. Biri döyüldü, biri söyüldü, bu rəqsi gözdən saldılar. Hamının gözü qarşısında nələr etmirdilər. Amma bu gün oriental rəqsə olan təlabat tam dəyişib. Elit ailələrdən dəvət alıram. Rayon ailələrində isə belə bir şey yoxdur.

Deyə bilmərəm ki, mən Bakıda 20 gün toydayam. Bunu desəm yalan olar. Ayrıca dəvətlərim olur ki, bu, 1000 toya dəyər. Orientalı sevən və arzulayanlar var. 100 toydan çıxardığımı bircə banketə alıram. Daha mənə nə lazım? Hörmət, izzət və sənət nümayiş etdirirəm. Dostlarım var, bir məclis qurar, başında da mən.

-Milli rəqsləri necə oynayırsınız?


-Dostlarım deyir ki, yüz banketə gedirsən, bir dəfə də milli paltarda milli rəqs oyna da. Deyirəm ki, mən milli rəqs oynaya bilmirəm. Bir yolum var- o da oriental. Nə qədər ki, cavanam, gözələm, cazibədaram, təravətliyəm oriental oynayacağam.

-Son vaxtlar həm də oxuyursuz.


-Oxumaq hobbimdi. Mən müğənni deyiləm. Oxumağı sevirəm və özümə yaraşdırıram, amma həvəsində deyiləm. Ən gözəl bəstəkarlardan mahnılar almışam. Halbuki hər özündən razı müğənni bir ayda nədir, heç bir ildə 3 mahnı ala bilmir. Hamısı deyir Aytən, gəl məşq elə, mahnını alıb çıxıram, oxumağa həvəsim yoxdur.
AzNews.az