"Formula 1": Fransalı pilotun avtomobili yandı
28-04-2023, 14:19
Oxunub: 1 352
"Alpin" komandasının pilotu Pyer Qasli "Formula 1" üzrə Azərbaycan Qran-prisində uğursuzluqla üzləşib.
Bolgə.TV xəbər verir ki, 27 yaşlı fransalı sürücünün bolidi sərbəst yürüş zamanı yanıb.
Nəticədə qırmızı bayraq qaldırılıb. Daha sonra yanğınsöndürənlər onun avtomobilini söndürüblər.