“Cənab Prezident, fərarinin uşağı mənə ”topal” deyir”
17-08-2011, 17:05
Oxunub: 7 639
Tərtər rayonundan olan I qrup Qarabağ əlili Mehman Hüseynov Xanış oğlu Prezident İlham Əliyevə məktub yazıb.
Həmin məktubu Bolgexeber.com-a göndərən M. Hüseynov bildirib ki, rayonda məmurlar tərəfindən ona qarşı təzyiqlər olunur: “Rayonda məmurlar mənə təzyiq edirlər. Çıxıram binanın qarşısına, pəncərədən uşaq mənə “topal” deyir. Uşağın anasına demişəm, bir həftədən sonra bir də pəncərədən mənə topal deyir. Binanın qarşısında 15 maşın saxlayırlar, lakin mənim “Oka” maşınımın gecə farasını daşla qırıblar. Mən bunu sahə müvəkkilinə də dedim. Dedim ki, bu, Qarabağ əlilinə sataşmaq, təzyiq etməkdir. Bunu görən gənclərimiz gedib erməniyə güllə atar? Deyir, yox. Dedim sizə uşaq ”topal” desə, siz polis gedib erməniyə güllə atarsınız? Deyir, yox atmaram. Ona zəng edirəm, deyir, bu iş nəzərimizdədir axtarırıq. Cənab prezident, hələ də axtarırlar. İyirmi faiz torpağımız erməni işğalı altındadır. Məmurlar vətən yolunda canını, iki qılçasını qoymuş əlilə əzab verirlər. Mən ayaqlarım ağrıyanda gecələr yata bilmirəm. Düz 18 ildir bu əzabı, ağrını çəkirəm. Cənab prezident, budurmu mənim vətən yolunda itirdiyim iki qılçama verilən qiymət?! Fərarinin uşağı mənə ”topal” deyir. Allah bunu götürməz”.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər