BolgeXeber.Com » Müsahibə-Reportaj » Mehrim ölümlə hədələnib

Mehrim ölümlə hədələnib

24-08-2011, 18:05
Oxunub: 7 420 "Qızım, get başının çarəsini qıl. Sən bilmirsən biz kimlərik."

“Dedi ki, səni görürəm, Müşfiq parkının yanı ilə gedirsən. Küçənin başında 3 nəfər səni qarşılayıb bıçaqlayacaq"

"70 minlik maşınımın içində pişiklər yatır. Hələ üstəlik özümü də ölümlə hədələyirlər". Həyəcan və təlaş içində zəng vuran müğənni Mehrimin ilk dediyi sözlər bunlar oldu.

Bir müddət əvvəl xəbər vermişdik ki,müğənni Mehrimin maşını qaçırılıb. Avqustun 1-də qaçırılan və daha sonra qəzaya uğradılmış 10-VT-757 dövlət nömrə nişanlı “Mitsubishi” markalı avtomobilinin nəinki təmir olunmadığını, üstəlik daha da bərbad hala salındığını bildirilirdi. Bu qalmaqalla bğlı bu əün müğznnu Mehrim mətbuata açıqlama yayıb:

"Avtomobili qaçıran şəxs təmir üçün məndən 5 gün möhlət istəmişdi. Üstündən 20 gündən çox vaxt keçib. Qəzadan sonra hadisə yerinə gələn avtokardan maşınımın hara aparıldığını öyrəndim. 70 minlik avtomobilim dövlət nişanı çıxarılmış vəziyyətdə Göy məscidin arxasında binaların arasına atılıb. Getdim görüm avtomobilim nə vəziyyətdədir? Qarşılaşdığım səhnədən şoka düşdüm. 70 minlik maşınımın içində pişiklər yatır. Bir pişik 4-5 dənə balalayıb, maşınımın içində böyüdür".

Mehrim avtomobilini qaçıraraq əzən şəxsi yaxından tanımadığını deyir: "Onu ilk dəfə Cavanşir Babəlioğlunun "El oğlu" klipinin təqdimat mərasimində görmüşəm. İkinci dəfə isə maşınımı qaçıran günü təsadüfən rastlaşmışıq. 30-35 yaşlarında biridir. Özünün dediyinə görə adı Samirdir, soyadı da Əliyev. Bu insan nə zənglərimə cavab verir, nə də özü zəng vurur. Srağagün bir təhər anasının yaşadığı ünvanı öyrəndim. Anasının yanına gedib, oğlunun elədiklərini danışdım və minnət-xahiş etdim ki, avtomobilimi təmir etdirsin. Anası da dedi ki, "Qızım, get başının çarəsini qıl. Sən bilmirsən biz kimlərik." Anasının evindən təzəcə çıxmışdım. 6-cı Paralel küçəsi ilə gedirdim. Tanımadığım bir nömrədən zəng vurub, anasının evinə getdiyim üçün məni öldürtdürəcəyi ilə hədələdi. Dedi ki, səni görürəm, Müşfiq parkının yanı ilə gedirsən. Küçənin başında 3 nəfər səni qarşılayıb bıçaqlayacaq".

Axşamüstü idi, qorxudan adamların gur olduğu yerə qaçdım. Geyim mağazasına girdim. Bir təhər canımı qurtardım. Belə etməsəydim bəlkə də indi o biri dünyada idim "

Müğənni bu hadisədən sonra dərhal Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng vurub və Xəzər Rayon Polis İdarəsi 1-ci polis bölməsinə şikayət ərizəsi ilə müraciət edob.

Vaxtında şikayətçi olmadığından heyfslənən müğənni Samirin şirin dillərinə aldandığını deyir: "Hadisə yerində məni qabaqlayaraq polis-patrul xidmətinin əməkdaşlarına dedi ki, Mehrim xanım şikayətçi deyil. Mənə də dil töküb, yalvardı. Söz verdi ki, 3-5 günə avtomobili təmir etdirəcək. Hər dəfə də avtomobilimi təmir etdirməsini tələb edəndə, məni şirin dillə yola verirdi. Axırda onu polisə verəcəyimlə hədələyəndə, çox hörmətli, sayılıb-seçilən adamların qohumu olduğunu bildirib dedi ki, "Sən mənə heç nə edə bilməzsən. Qanun mənim üçün deyil. Mənim öz qanunlarım var".

Qeyd edək ki, müğənni Mehrimin 10-VT-757 dövlət nömrə nişanlı “Mitsubishi” markalı avtomobili avqustun 1-də təxminən saat 22:30 radələrində Samir Əliyev adlı şəxs tərəfindən Mərdəkan qəsəbəsi ərazisindən qaçırılıb. Avtomobil qaçırıldıqdan yarım saat sonra Xəzər rayonunda yeni tikilən körpüdə beton dirəyə çırpılıb. Avtomobil ciddi zədələnib və 5 min manat dəyərində ziyan dəyib.

Xəzər rayon Polis İdarəsinin 1-ci polis bölməsindən ANS PRESS-ə bildirildi ki, müğənni Mehrim bölməyə dünən şikayət ərizəsi ilə müraciət edib. Hazırda məsələ araşdırılır.