"İrəliləyiş yalnız o halda ola bilər ki..."
24-09-2011, 13:15
Oxunub: 7 209
Elmar Məmmədyarov: “…Ermənistan Minsk qrupunun tərəflərə təqdim etdikləri rəsmi sənədi qəbul etsin”
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Nyu Yorkda Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə ATƏT-in Minsk qrupunun vasitəçiləri Robert Bradke (ABŞ), İqor Popov (Rusiya) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi A.Kasprşiklə görüşüb.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, görüş zamanı Ermənistan – Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində aparılan danışıqlar prosesi müzakirə edilmiş və bu prosesin davam etdirilməsinin zəruriliyi vurğulanıb.
Nazir E.Məmmədyarov təəssüflə qeyd edib ki, Ermənistan tərəfi yenilənmiş Madrid prinsiplərindən imtina edib və bununla da bütün sülh danışıqları prosesini təhlükə altına alıb. Əhəmiyyətli irəliləyiş yalnız o halda ola bilər ki, Ermənistan tərəfi Minsk qrupunun həmsədr ölkələrinin 2009-cu ilin dekabrında Azərbaycana və Ermənistana təqdim etdikləri rəsmi sənədi qəbul etsin.
Görüşdə mövcud status-kvonun, Fransanın Dovil şəhərində qəbul edilmiş müvafiq sənəddə əks olunduğu kimi, həm Azərbaycanı, həm də beynəlxalq ictimaiyyəti təmin etmədiyi barədə ümumi anlayış ifadə olunub. Məlum olduğu kimi, Azərbaycan nizamlama prosesinin bir çox prinsipləri barədə əldə olunmuş qarşılıqlı razılığı əsas götürərək, sülh sazişi üzərində işə başlamağı təklif edir.
Nazir E.Məmmədyarov konkret olaraq vurğulayıb ki, Ermənistan tərəfinin Azərbaycanın işğal olunmuş ərazilərindən öz qoşunlarını çıxarmaq zərurətini tezliklə dərk etməsi regionda sülh və stabilliyin bərqərar olmasına və müəyyənliyin yaranmasına gətirib çıxarar.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər