Prezident “Hilton-Bakı”nın lentini kəsdi
3-10-2011, 16:05
Oxunub: 7 693
Bakının mərkəzində yerləşən “Hilton Bakı” otel kompleksinin açılışı olub
Bu gün Bakının mərkəzində yerləşən “Hilton Bakı” otel kompleksinin açılışı olub. Bolgexeber.com xəbər verir ki, Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva açılış mərasimində iştirak edib. Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya gül dəstəsi təqdim olundu. Prezident İlham Əliyev otelin rəmzi açılışını bildirən lenti kəsdi.
Məlumat verildi ki, “Hilton Bakı” otel kompleksi 2007-ci ildə “İSR Kapital Menecment” MMC və “Hilton Worldwide” şirkətləri arasında imzalanan müqavilə əsasında inşa olunmuşdur. Türkiyənin “Koray İnşaat” şirkəti tərəfindən 2010-cu ilin əvvəlindən inşasına başlanan 25 mərtəbədən ibarət oteldə ümumilikdə 309 otaq vardır. Otaqların 231-i standart, digərləri isə xidmət çeşidlərinə görə fərqlənən otaqlardır. Ən yüksək standartlara cavab verən otaqlardan həm şəhərimizə, həm də Xəzər dənizinə gözəl mənzərə açılır. Oteldə Finlandiya istehsalı olan beş müasir lift quraşdırılıb.
Dövlət başçısı burada “Şəkər-Lanç” və 200 nəfərlik “Silantro” restoranları ilə tanış oldu. Qeyd edildi ki, restoranlarda müştərilərə yerli və dünyanın tanınmış mətbəxlərinin ləziz yeməkləri təqdim olunacaq.
Otelin 25-ci mərtəbəsindəki şəraitlə tanış olan Prezident İlham Əliyevə məlumat verildi ki, Azərbaycanda ilk dəfə məhz burada bir saat ərzində 360 dərəcə fırlanan dairəvi istirahət yeri yaradılmışdır. Burada qonaqlara müxtəlif iaşə xidmətləri göstəriləcək. İlin isti aylarında qonaqların açıq havada istirahətləri üçün lazımi şərait yaradılmış kompleksin ən yuxarı mərtəbəsindən Bakının mənzərəsini seyr etmək mümkündür.
Dövlət başçısı otelin 24-cü mərtəbəsindəki “Sky Grill” restoranı ilə tanış oldu. Bildirildi ki, qonaqlara geniş çeşiddə iaşə xidməti göstəriləcək. Otel kompleksindəki SPA və Fitnes Mərkəzində örtülü hovuz, masaj hovuzu, türk hamamı, 8 müalicə otağı, VİP SPA otağı yaradılmışdır. İdman mərkəzindəki bütün avadanlıqlar ABŞ-dan gətirilib.
Kompleksin 21-ci mərtəbəsindəki Prezident nömrəsi ilə tanışlıq zamanı məlumat verildi ki, burada dünya otel biznesində mövcud olan ən yüksək xidmət göstəriləcək.
Məlumat verildi ki, ikinci və üçüncü mərtəbələrdə müxtəlif səviyyəli tədbir və görüşlərin keçirilməsi üçün ən son informasiya-kommunikasiya texnologiyaları ilə təchiz edilmiş 18 zal fəaliyyət göstərir. İkinci mərtəbədəki 750 nəfərlik böyük konfrans zalında beynəlxalq və respublika əhəmiyyətli tədbirlərin keçirilməsi üçün lazımi şərait yaradılmışdır. Rəsmi görüş və qəbulların yüksək səviyyədə təşkili üçün ayrıca otaq da vardır.
Prezident İlham Əliyev otelin kollektivi ilə görüşdü, onları təbrik etdi.
“ISR Holdinq” şirkətlər qrupunun prezidenti İsgəndər Xəlilov və “Hilton Worldwide” şirkətinin vitse-prezidenti Maykl Kollini dövlətimizin başçısına və Azərbaycanın birinci xanımına minnətdarlıqlarını bildirdilər.
Sonda xatirə şəkli çəkdirildi. Prezident İlham Əliyev görülən işləri yüksək qiymətləndirdi, kollektivə uğurlar arzuladı.
AzərTac
Çox Oxunanlar
- 22-02-2025, 16:53 : Xəsarət alanların sayı 165-ə çatdı
Xəbərlər / Ölkə
- 20-02-2025, 17:32 : İrəvan aktiv şəkildə silah alır- Nə baş verir?
Dünya / Xəbərlər
- 26-02-2025, 17:44 : Bərdə Rayon İcra Hakmiyyətinin təşkilatçılığı ilə Xocalı soyqırımının 33 illiyinə həsr edilmiş tədbir keçirilib
Bölgə / Xəbərlər
- 4-03-2025, 17:50 : Ombudsman Arutyunyan və Vardanyana başsağlığı verdi
Xəbərlər / Ölkə
- 21-02-2025, 20:02 : Şaxtalı hava nə vaxta kimi davam edəcək?
Xəbərlər / Ölkə
- 22-02-2025, 14:27 : Trampdan Qəzza planı ilə bağlı qalmaqallı AÇIQLAMA
Dünya
- 18-02-2025, 14:46 : Məşhur cütlüyü şantaj edən şəxs həbs edildi
Şou-Biznes / Xəbərlər
- 20-02-2025, 14:24 : ATV yayımı dayandırır
Şou-Biznes
- 19-02-2025, 17:52 : Azərbaycan Avraviziyada hansı mahnı ilə çıxış edəcək?
Şou-Biznes / Xəbərlər
- 26-02-2025, 12:43 : Tərtərdə Xocalı sakinləri ilə görüş keçirilib
Bölgə / Xəbərlər