BolgeXeber.Com » Müsahibə-Reportaj » Sabirabad sakinləri Bakıya yürüşə hazırlaşır

Sabirabad sakinləri Bakıya yürüşə hazırlaşır

16-09-2010, 13:00
Oxunub: 2 837

Xətai və Poladtoğay kənd sakinləri yardımlarını ala bilmirlər, icra başçısı isə «Gedin Kəmaləddin Heydərovun yaxasından yapışın» deyir[/b]


Aran bölgəsində may ayında baş vermiş sel fəlakətindən sonra rayonlarda vəziyyət pisləşməyə başlaşyıb. Dövlət büdcəsindən 300 milyon manat vəsait ayrılmasına baxmayaraq, seçldən əziyyət çəkən şəxslərə heç bir yardım edilmir. Və ya edilsə də, durum kifayət qədər fərqli şəkil alıb.

Sabirabadın Xətai və Poladtoğay kəndinin sakinləri bununla bağlı “Bolgexeber.com”-a müraciət edərək, başlarına gətirilən oyunlardan bəhs ediblər. Kənd sakinlərinin dediyinə görə, onlar Sabirabad rayon İcra Hakimiyyətinə iki dəfə yürüş ediblər. Bundan sonra isə Bakıya gələrək, baş nazirin müavinlərindən biriylə görüşüblər. Abid Şərifovla keçirilən görüşdə sözlərini və dərdlərini deyən hər iki kəndin insanlarına söz verilib ki, problemləri həll olunacaq. Lakin yenə də bir nəticə hasil olmayıb.

Bunun ardından dərdlərini demək üçün yenidən Sabirabad rayon İcra Hakimiyyətinin başçısı Heydər Abbasovun yanına gedən Xətai və Poladtoğaylılar orada elə bir vəziyyətlə qarşılaşıblar ki, özləri də təəccüb ediblər. Belə ki, həmin vaxt onları qəbul edən icra başçısı Heydər Abbasov bu işlərdə onluq iş olmadığını deyib. Ardından da bildirib: «Mənlik heç nə yoxdur. Sözünüz var gedin Kəmaləddin Heydərova deyin və onun yaxasından yapışın».

Kənd sakinləri deyirlər ki, bu sözləri deməsinə rəğmən xətai kəndində özbaşınalıq baş alıb gedir. Daha doğrusu, seldən əziyyət çəkən şəxslər bir kənara qalıb, heç bir zərər görməyənlər üçün ev tikiməyə başlayıblar. “Bolgexeber.com”-a verilən məlumata görə, evinə zərrə qədər də zərər dəyməyən rayon həkimlərindən biri üçün yen mənzil inşa etməyə start veriblər. Amma Xətai və Poladtoğay kəndinin sakinlərinin dərdi təkcə bu deyil.

Onların bir başqa dərdi də dövlət tərəfindən ayrılmış pulların verilməməsi ilə bağlıdır. Kənd sakinləri deyirlər ki, həmin şərtlərə əsasən evləri seldən zərər görmüş vətəndaşlara dövlət büdcəsindən 1600 manat pul ayrılıb. Lakin rayon İcra Hakimiyyəti həmin pulları hissə-hissə ödəməklə yanaşı, bir qismini də vermir. Məsələn, gətirib bəzilərinə 300 manat, bəzilərinə 600 manat veriblər. Lap tələbkar və şikayətçi olanlara isə 800 manata qədər pul ödənilib. Qalan məbləğdən isə xəbər yoxdur.

“Bolgexeber.com” xatırladır ki, hələ bir müddət əvvəl sel bölgəsində dövlət büdcəsindən ayrılan vəsaitin ünvanlara çatdırılması ilə bağlı korrupsiya faktlarını araşdırmaq üçün prokurorluq araşdırmalara başlamışdı. Xətai kəndinin sakinlərinin verdiyi məlumata görə, rayon prokuroru da bu məqsçədlə həmin kənddə olub və vəziyyətlə maraqlanıb. O deyib ki, bununla bağlı komissiya yaradılacaq. Amma prokuror onu da vəd edib ki, daha bir komissiyanın yaradılması xahişi o da çıxış edəcək. «Bizə dedi ki, daha bir komissiyanın yaranması üçün məsələ qaldıracaq. Oraya özünün də daxil olmasına çalışacaq. Vəd verdi ki, bu məsələnin axırına çıxana qədər araşdırmaqda davam edəcək».

Hər iki kəndin sakinləri onu da bildiriblər ki, belə ağır vəziyyətin yaranmasına etiraz əlaməti olaraq iki addım atmaq fikrindədirlər. «Onlardan biri qarşıdan gələn parlament seçkilərində iştirak etməkdən imtina etməkdir. İkincisi isə artıq qərarlaşdırılıb və sabah (sentyabrın 14-də) Bakıya yürüş etməyə hazırlaşırlar. Prezident Aparatının qarşısına yürüş edərək, haqqımızı onlardan tələb edəcəyik».