BolgeXeber.Com » Müsahibə-Reportaj » Kürdəmirdə tikinti və abadlıq işlərinin həcmi genişlənməkdədir -VİDEO

Kürdəmirdə tikinti və abadlıq işlərinin həcmi genişlənməkdədir -VİDEO

15-05-2014, 16:05
Oxunub: 6 164 Kürdəmir şəhəri ildən–ilə böyüyür
Son illərdə respublikamızın bütün yaşayış məntəqələrində olduğu kimi, Kürdəmir şəhərində də geniş abadlıq–quruculuq işləri aparılır. Şəhər öz simasını dəyişir. Böyük İpək Yolunun üzərində bərqərar olan bu şəhərə gələn qonaqlar, yaxud bu ərazidən keçən müsafirlər sürətli inkişafı görüb ürəkdən bəyənirlər. Kürdəmir şəhəri ildən–ilə böyüyür. Həyata keçirilən tədbirlər sakinlərə rahatlıq bəxş etdiyindən ünvanımıza ancaq razılıq sədaları eşidilir. Bir zamanlar harada gəldi tikilən yöndəmsiz ticarət köşklərinə artıq rast gəlmək mümkün deyil. Əvəzində müasir və yaraşıqlı, ümumi mənzərənin baxımlılığına xələl gətirməyən yeni obyektlər tikilib istifadəyə verilməkdədir . Qeyd edək ki, Ceyhun Cəfərov Kürdəmirə icra başçısı təyin olunandan sonra şəhərdə abadlıq–quruculuq işləri daha da sürətlənmişdir.Kürdəmir Rayon İcra hakimiyyəti tərəfindən şəhər sakinlərinin sosial rifahının yaxşılaşdırılması istiqamətində xeyli işlər görülüb. Bolgexeber.com-un əməkdaşının bu yaxınlarda Kürdəmir rayonundan hazırladığı reportajı təqdim edirik.