Deputat ABŞ səfirliyinin nümayəndələri ilə görüşüb
26-10-2011, 17:35
Oxunub: 7 365
Fəzail Ağamalı Amerikanın Azərbaycandakı Səfirliyinin nümayəndələrini qəbul edib
Bu gün Ana Vətən Partiyasının ( AVP ) sədri, millət vəkili Fəzail Ağamalı ABŞ-ın Azərbaycandakı Səfirliyinin Siyasət Şöbəsinin müdiri Antoni Beirdi və Siyasi Məsələlər üzrə Müşaviri Ceymi Smiti qəbul edib.
Bolgexeber.com-a verilən məlumata görə, görüşdə Ana Vətən Partiyasının (AVP) tarixi, siyasi proseslərdəki rolu və mövqeyi, Azərbaycandakı mövcud siyasi durum, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və Azərbaycan Parlamentində qəbulu vacib olan bir sıra qanun layihələri istiqamətində müzakirələr aparılmışdır.
Millət vəkili Fəzail Ağamalı rəhbərlik etdiyi partiyanın siysasi proseslərdəki rolunu qiymətləndirərək bildirmişdir ki, Ana Vətən Partiyası Azərbaycan tarixinin ən ağır dövrlərindən birində yardılmış və bu günə qədər olduqca şərəfli bir yol keçmişdir.
Millət vəkili həmçinin qeyd etdi ki, ABŞ-ın da həmsədr olduğu ATƏT-in Minsk Qrupu işğala məruz qalan Azərbaycanla işğalçı Ermənistana eyni möve sərgiləyir: “Bu isə yolverilməzdir. Və bu təkcə mənim deyil, bütün Azərbaycan xalqının mövqeyidir. Necə olur ki, Liviyaya qarşı BMT-də 1 qətnamə qəbul olunandan sonra bütün böyük dövlətlər ona qarşı hücuma keçir, amma BMT-də Ermənistana qarşı 4 qətnamənin qəbul olunmasına baxmayaraq bu qətnamələrin heç biri yerinə yetirilmir və heç bir dövlət Ermənistana təzyiq göstərmir ki, işğal etdiyi Azərbaycan torpaqlarını azad etsin”.
Daha sonra millət vəkili F.Ağamalı “Siyasi partiyalar haqqında qanun”un Milli Məclisdə qəbulunun vacibliyindən danışaraq qeyd etdi ki, “Bu qanun mütləq qəbul olunmalıdır. Çünki siyasi partiyaların dövlətdən maliyyələşməsi onun ayrı-ayrı subyektlərdən olan asılılığına son qoyacaq. Həm də bu qanunun qəbulu ümumilikdə bütün ölkə uçun ciddi əhəmiyyət kəsb edir”.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər