Cəlal Əliyev elmdən danışdı
11-11-2011, 12:40
Oxunub: 7 293
“Elmlə məşğul olan insanın əsas məqsədi həmişə qabağa baxmaq, yeni sahələri inkişaf etdirmək, təzə ideyalar irəli sürməkdir.
Dünyada həyata keçirilən hər hansı bir elmi prosesi təkrar etmək elmə töhfə vermir, yeni ideyalarla çıxış etmək lazımdır”. Bu fikirləri Milli Məclisin deputatı, akademik Cəlal Əliyev AzərTAc-a müsahibəsində bildirib. Akademik deyib ki, hələ ötən əsrin 70-ci illərində ümummilli lider Heydər Əliyev keçmiş SSRİ-nin müxtəlif respublikalarına hər il yüzlərlə tələbə göndərirdi. İndi onlar xaricdə maraqlı elmi axtarışla məşğuldur.
SSRİ dövründə yerli ali məktəbləri bitirən istedadlı tələbələrin onun təşəbbüsü ilə seçilib müxtəlif elm mərkəzlərinə, xüsusilə Sankt-Peterburqa, Novosibirskə göndərildiyini deyən C.Əliyev qeyd edib ki, o vaxt Novosibirskdə elmi mərkəz fəaliyyət göstərirdi: “Mənim təşəbbüsümlə ora əsasən riyaziyyatçılar göndərilirdi. Bəzən belə deyənlər də olurdu ki, bu elmi mərkəz tanınmaya-tanınmaya Cəlal Əliyev bura niyə bu qədər riyaziyyatçı tələbə göndərir. O vaxt o qədər də tanınmayan bu elmi mərkəz sonra ən yaxşılardan biri oldu. Ona görə də elmlə məşğul olan dünəni, bu günü yox, sabahı, o biri günü görməlidir. O riyaziyyatçılar indi ABŞ, Almaniya, İngiltərə, Avstraliya, Kanada, Braziliya kimi ölkələrdə uğurla işləyir”.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər