Prezident ailəsi ilə filmə baxdı
24-11-2011, 14:50
Oxunub: 4 936
Bu gün Bakının “Nizami” kinoteatrının binası əsaslı təmir və yenidənqurmadan sonra açılıb.
Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva açılışda iştirak ediblər. Bolgexeber.com AzərTaca istinadən xəbə verir ki, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya gül dəstəsi təqdim olundu. Dövlət başçısı kinoteatrın rəmzi açılışını bildirən lenti kəsdi.
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev məlumat verdi ki, 1934-cü ildə istifadəyə verilmiş “Nizami” kinoteatrının binasında “Azərbaycanda kino sənətinin inkişaf etdirilməsi haqqında” Azərbaycan Prezidentinin Sərəncamına əsasən yenidən qurulub.
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva binanın foyesində kinoteatrın əvvəlki vəziyyətini, yenidənqurma işlərinin gedişini və istifadədən sonrakı görüntüsünü əks etdirən fotolardan ibarət stendlərə baxdılar.
Kinoteatrın birinci mərtəbəsində 50 və 80 yerlik iki, ikinci mərtəbədə 500 nəfərlik böyük, beşinci mərtəbədə isə 24 nəfərlik VİP kinozalları yaradılıb. Binada Almaniyada, Yaponiyada və İngiltərədə istehsal olunmuş ən müasir kinoqurğular, səs, işıq, havalandırma, yanğından mühafizə sistemləri quraşdırılıb.
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva böyük zalda və VİP zalında filmlərdən fraqmentləri izlədilər.
Bildirildi ki, birinci mərtəbədə ticarət köşkləri, ikinci mərtəbədə kafe, dördüncü mərtəbədə kafe-klub, mətbuat mərkəzi, beşinci və altıncı mərtəbələrdə isə müştərilərə milli və Avropa mətbəxinin nümunələrini təqdim edən 250 yerlik restoran, həmçinin inzibati otaqlar yaradılmışdır. Bu restoranın tavanı mövsümə uyğun olaraq mexaniki üsulla açılıb örtüləcək.
Dövlətimizin başçısına Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının yenidən qurulmasının layihəsi də təqdim olundu.
“Nizami” kinoteatrında yaradılmış şəraiti yüksək qiymətləndirən dövlətimizin başçısı tövsiyə və tapşırıqlarını verdi.
Çox Oxunanlar
- 23-03-2024, 17:43 : Putin Rusiyada matəm elan etdi
Dünya / Xəbərlər
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 25-03-2024, 17:57 : Terror aktından sonra bu şəxslərə nəzarət gücləndirildi
Dünya / Xəbərlər
- 26-03-2024, 17:50 : 14 yaşdan kiçiklər üçün sosial media qadağası
Sosial / Xəbərlər
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 23-03-2024, 15:23 : Bu ərazilərdə yaşayanların NƏZƏRİNƏ
Sosial / Xəbərlər
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər