BolgeXeber.Com » Müsahibə-Reportaj » Dağlıq Qarabağa turist səfəri təşkil olunur

Dağlıq Qarabağa turist səfəri təşkil olunur

25-11-2011, 13:20
Oxunub: 2 517 Səfərin qiyməti 3 min avroya yaxındır

Belçikanın paytaxtı Brüsseldə əhaliyə Dağlıq Qarabağa səyahətlərlə bağlı braşuralar paylanılır. Bu barədə Belçikada yaşayan Dünya Azərbaycanlıları Birliyinin prezidenti Ədalət Quliyev məlumat verib. Onun sözlərinə görə, Belçikada adətə görə, bütün metro stansiyalarına, dəmir yol vağzallarına xarici ölkələrə həsr olunan pulsuz jurnal və qəzetlər xüsusi qutulara qoyulur ki, bununla da əhaliyə səfər etmək üçün münasib ölkələr təklif edilir. Ədalət Quliyev bildirib ki, 2012-ci il üçün məsləhətli səyahət məkanları sırasında Ermənistan və Dağlıq Qarabağa səyahətlər də təklif olunub. Səyahətin qiyməti isə 2.990 avro göstərilib. Onu da qeyd edib ki, bu məlumat ölkənin rəsmi La Tribune qəzetində çap edilib. Bu həftədən etibarən yayımlanan bu elanla bağlı birliyinin üzvləri adından "La Tribune de Bruxelles» qəzetinə etiraz məktubu yollanıb.

Elanın yığışdırılmayacağı təqdirdə isə Belçika hökumətinə yaranmış insidentlə bağlı müraciət edəcəklərini bildiriblər: “Nəzərinizə çatdırım ki, Belçika Avropa Birliyi ölkəsidir. Brüssel isə Avropa Birliyinin paytaxtı hesab olunur. Belə elanların məhz Belçikada, Brüsseldə Baronessa Eştonun Bakıya səfəri zamanı yayımlanması bizdə hiddət doğurur».

Brüsseldə fəaliyyət göstərən Azərbaycan diplomatik qurumlarının bundan xəbərsiz olduqları bildirilir: «Çünki başları öz güzaranlarının yaxşılaşmasına və dövlət pullarının aidiyyatı olmayan işlərə sərf etməklə məşğuldurlar ».