BolgeXeber.Com » Müsahibə-Reportaj » "Hələ qarşıma düzgün birisi çıxmayıb" - Aygün Kazımovanın qızı

"Hələ qarşıma düzgün birisi çıxmayıb" - Aygün Kazımovanın qızı

7-11-2014, 18:05
Oxunub: 6 451 Xalq artisti Aygün Kazımovanın qızı İlqarə tabloid.az saytına müsahibə verib.

Həmin müsahibəni ixtisarla təqdim edirik:
- Uşaqlıqdan səni toppuş, şirin qız kimi xatırlayırlar. Birdən İlqarə arıqladı və cazibədar xanıma çevrildi. Sizi bu dəyişikliyi etməyə kim və ya nə vadar etdi?

- Çirkin ördək balasından gözəl qu quşuna çevrildim (gülür). Qadınam deyə özüm fikir verməyə başladım. Əvvəl idman üslubunda geyinirdim. Bir dəfə anam mənə dedi ki, 15 yaşında necə geyinirdinsə, indi də elə geyinirsən. Bu sözləri deyəndə 21 yaşım vardı. Bu, mənə təsir etdi və geyimimə fikir verməyə başladım. Məktəbli uşaq kimi geyinirdim. Hazırda stilistlərlə işləyirəm. Amma özüm də öz stilimi yaratmağı sevirəm.

- İlqarə, gəncsən, gözəlsən. Kiminləsə münasibət qurmaq üçün ən gözəl dönəmdir. Həyatında kimsə var?

- Bəzi adamlar kimi nağıllar aləminə baş vurub "mən onu elə sevirəm", "o, məni belə sevir" kimi yalan sözlər deməyəcəyəm. Mən münasibət qurmağa istənilən zaman hazıram. İnsan həyata sevmək və ailə qurmaq üçün gəlir. Qadının vəzifəsi isə uşaq dünyaya gətirməkdir. Hələ ki, mənim ürəyimcə olan, düzgün, yalan danışmayacaq insan yoxdur. Mən insanı olduğu kimi qəbul edə bilirəm. Bu barədə mənim düşüncələrim bir qədər fərqlidir. Qəliz münasibətləri sevmirəm. Hələ qarşıma düzgün birisi çıxmayıb. Nədənsə, insanlar yalan danışmağı sevirlər. Bu isə həmin adamı özündən uzaqlaşdırır. Nədən qorxurlar anlamıram. Ya olduğun kimi görün, ya da göründüyün kimi ol!

- Sevdiyin insanda hansı xüsusiyyətlərin olmasını istəyərdin? Xarıcı yoxsa daxili gözəlliyə önəm verirsən?

- Əvvəllər xarici görünüşə üstünlük verirdim. Amma sonra başa düşdüm ki xarici görünüş aldadıcıdır. Ona görə insanın daxili aləmi hazırda mənim üçün önəmlidir. Bir misal çəkim, dostumla söhbət edirdim. Vaxtilə çox kök idi, xasiyyəti mülayim idi. İndi bir az kobud olub. Mənə bildirdi ki, arıqlayandan sonra insanların mənə münasibəti dəyişdi. Mən də dedim ki, mənim üçün əsas daxili aləmdir. Etiraf edirəm ki, arıqlayandan sonra insanlar mənə daha çox fikir verməyə, maraqlanmağa başladılar. Ona görə də düşünürəm ki, əksər insanlara xarici görünüş maraqlıdır. Daxili aləm yox. Əgər ailə qurmaq istəyirsənsə, əsas daxili aləmdir. Münasibətlərdə yalan olmamalıdır.

- Ümumiyyətlə, həyatında yalanın acısını yaşamısan?

- Olub... Çox böyük yalanla rastlaşmışam. İnsan səhvlərinin üstündə kamilləşir. Ona görə də, həyatımda neqativ hal baş verəndə unutmuram ki, bir daha onlara qayıtmayım.
axşam.az